UCI Maksim Averinlə bağlı qərarını açıqladı | 1news.az | Xəbərlər
İdman

UCI Maksim Averinlə bağlı qərarını açıqladı

18:39 - 23 / 05 / 2017
UCI Maksim Averinlə bağlı qərarını açıqladı

Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) bu ilin martında analizində qəbulu qadağan olunmuş meldonium maddəsi tapılan Azərbaycanın Elit yığması və “Synergy Baku” kontinental komandasının üzvü Maksim Averinlə bağlı qərarını açıqlayıb.

Xatırladaq ki, bu il martın 10-da Xorvatiyada keçirilən birgünlük "İstiran Spring Trophy" yarışı zamanı Maksim Averindən götürülən analiz müsbət nəticə verdiyi üçün, Beynəlxalq Velosipedçilər İttifaqı və Beynəlxalq Antdopinq Agentliyi (WADA) tərəfindən meldoniumun hansı məqsədlərlə istifadə olunmasını müəyyənləşdirmək üçün araşdırmalara başlanılmışdı.

Araşdırmalar nəticəsində məlum olub ki, ötən ilin dekabrında çiynindən cərrahiyyə əməliyatı olanan Maksim Averin bu preparatdan həkimin tövsiyyəsinə əsasən istifadə edib və bu heç bir halda idman nailiyyətlərinin yaxşılaşdırılmasına xidmət etmir.

Bu səbəbədən də Beynəlxalq Velosipedçilər İttifaqı qəbulu qadağan edilmiş meldonium prerapatından ehtiyatsız istifadə faktını yüngülləşdirici hal kimi əldə əsas tutaraq uzunmüddətli cəzadan vaz keçib və Maksim Averin 15 ay müddətinə UCİ bayrağı altında keçirilən bütün yarışlarda iştirakdan kənarlaşdırılıb.

Cəza müddəti Maksimin cərrahi əməliyyata məruz qaldığı vaxtdan, yəni 2016-cı ilin dekabr ayından etibarən hesablanır və 2018-ci il martın sonunda başa çatacaq.

Babək Cahandarov

Paylaş:
543

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər