“Bakı-2017”nin başlanmasına 20 gün qalması münasibətilə tədbir | 1news.az | Xəbərlər
İdman

“Bakı-2017”nin başlanmasına 20 gün qalması münasibətilə tədbir

19:04 - 23 / 04 / 2017
“Bakı-2017”nin başlanmasına 20 gün qalması münasibətilə tədbir

Dənizkənarı Milli Parkda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının başlamasına 20 gün qalması münasibətilə tədbir təşkil edilib.

1news.az-ın məlumatına görə, tədbirə “sağlam həyat tərzi” mesajını çatdıran açıq havada idman sessiyası ilə start verilib. Bu idman sessiyasını iştirakçılar böyük maraqla qarşılayıb, ona qatılıblar.

Tədbirlə bağlı təəssüratlarının bölüşən ulduz səfir Hacı Nuran deyib ki,  “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri olmaqdan və burdakı gəncləri dəstəkləməkdən qürur hissi duyur:

"Bu gün biz Oyunların açılış mərasiminə 20 gün qalmasını bayram edirik. Vaxt qısaldıqca, həyəcan da artır. Ümid edirəm ki, Azərbaycan bayrağı altında ölkəmizi təmsil edəcək idmançılarımız böyük uğurlar qazanaraq xalqımızı sevindirəcəklər. Mən hamını “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına gəlməyə və idmançılarımızı dəstəkləməyə çağırıram”.

Tədbir zamanı təşkil edilən müsabiqələr də iştirakçılara həyəcanlı anlar yaşadıb və mübarizədə qalib gələnlərə hədiyyələr verilib.
Sonda bir qrup gənc Oyunlarla bağlı fləşmob təqdim edib. Fleşmobda 50-dən artıq gənc Oyunlarda iştirak edəcək ölkələrin bayraqları ilə səhnəyə çıxıblar və “Bakı sizi gözləyir” mesajını veriblər.
Sonra tədbirin aparıcısı ictimaiyyətə Oyunlar və bilet satışı haqqında ətraflı məlumat verib və hər kəsi bu möhtəşəm Oyunlara qatılmağa və idmançılarımızı dəstəkləməyə çağırıb.

1news.az

 

 

 

 

Paylaş:
550

Son xəbərlər

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37
Bütün xəbərlər