“Tour d’Azerbaidjan-2017”nin Təşkilat Komitəsinin iclası keçirilib | 1news.az | Xəbərlər
İdman

“Tour d’Azerbaidjan-2017”nin Təşkilat Komitəsinin iclası keçirilib

15:58 - 21 / 04 / 2017
“Tour d’Azerbaidjan-2017”nin Təşkilat Komitəsinin iclası keçirilib

Aprel ayının 21-də “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun Təşkilat Komitəsinin geniş iclası keçirilib.

Təşkilat Komitəsindən 1news.az-a verilən məlumata görə, iclasda Daxili İşlər, Nəqliyyat, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı şəhər Baş Polis İdarəsinin, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəhbər vəzifəli şəxsləri, Bakı şəhərinin, habelə velosiped turunun marşrutlarının keçdiyi rayonların və şəhərlərin İcra Hakimiyyətləri başçılarının müavinləri, veloturun təşkilinə cəlb olunmuş digər qurumların nümayəndələri iştirak edib.

İclası giriş sözü ilə açan turun Təşkilat Komitəsinin sədri, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turu barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 94-cü ildönümünə həsr olunan “Tour d'Azerbaidjan-2017” beynəlxalq velosiped turu Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunur. Velotur ölkəmizin qəbul edəcəyi 4-cü İslam Həmrəyliyi Oyunları öncəsi dünya idman ictimaiyyətinin diqqətini bir daha Azərbaycana yönəldəcək.

Mayın 3-də start götürəcək “Tour d'Azerbaidjan-2017” beynəlxalq velosiped turu əvvəlki illərdə olduğu kimi 5 mərhələdə keçiriləcək. Qeyd olunub ki, bu günə “Tour d’Azerbaidjan-2017” yarışında 19 ölkədən 23 komandanın iştirakı təqdiqlənib ki, onlardan da 6-sı pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 17-si kontinental komandadır.

İştirakçılar 1-ci mərhələdə Bakı - Sumqayıt (150 km), 2-ci mərhələdə Bakı - İsmayıllı (187 km), 3-cü mərhələdə Qəbələ - Şəki - Qəbələ (177 km), 4-cü mərhələdə Qəbələ - Ağsu - Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikdə 836 km məsafə qət edəcəklər.

Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolaylarının əlavə edilməsi yarışa olan marağı daha da artırıb. İclasda “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun təşkilatı işləri ilə bağlı müzakirələr aparılıb və aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Babək Cahandarov

 

Paylaş:
787

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər