Türkiyədə yeni dönəm: Konstitusiya islahatları ölkəyə nə verəcək? | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə yeni dönəm: Konstitusiya islahatları ölkəyə nə verəcək?

09:20 - 19 / 04 / 2017
Türkiyədə yeni dönəm: Konstitusiya islahatları ölkəyə nə verəcək?

Türkiyədə konstitusiya dəyişiklikləri ilə bağlı keçirilmiş referendumun yekun nəticəsinə görə, seçicilərin 51,41 faizi “hə”, 46.09 faizi isə “yox” dedi. Beləliklə də  irəli sürülən dəyişikliklər qəbul olunub.

Konstitusiya dəyişikliklərinə Bayburt, Rizə, Ərzurum, Qəhrəmanmaraş, Ərzurum, Cankırı, Konya, Elazığ, Sivas və bir sıra digər bölgələrdən yüksək dəstək gəlib. Tunceli, Şirnak, Ədirnə, Muğla, Hakkari, Diyarbəkir, İğdır, Batman, İzmir, Tunceli əyalətləri isə böyük səs çoxluğu ilə dəyişikliklərin əleyhinə səs veriblər.

Konstitusiya islahatları paketində nələr var?

Bu suala cavab tapmaq üçün əvvəlcə qəbul edilmiş dəyişikliklərə diqqət yetirmək lazımdır.

Belə ki, dəyişikliklərə əsasən,  Türkiyə Böyük Millət Məclisində (TBMM) deputatların sayı 550-dən 600-ə qaldırılacaq.

 Deputat seçilmək yaşı 25-dən 18-ə endiriləcək.

Parlament və prezident seçkiləri 5 ildən bir olacaq, seçkilər eyni gündə baş tutacaq. Parlament nəzarət və məlumat əldə etmə səlahiyyətini "Parlament araşdırması", "Ümumi toplantı", " Parlament istintaqı" və "Yazılı sual" yolu ilə istifadə edə biləcək.

Prezidentin partiyasıyla əlaqəsi kəsilməyəcək. Prezidentin vəzifə müddəti 5 il olacaq, bir adam ən çoxu 2 dəfə prezident ola biləcək. Prezidentliyə seçkilərdə etibarlı səslərin ən az 5%-ni alan partiyalar ilə ən azı 100 min seçici namizəd göstərə biləcək.

Seçkidə etibarlı səslərin tam əksəriyyətini alan namizəd prezident seçiləcək. Prezident "dövlət başçısı" olacaq, icra mandatı ilə birlikdə baş komandanlığı təmsil edəcək

Prezident müavinlərini, yəni vitse-prezidentləri və nazirləri təyin edə, həmçinin vəzifələrinə xitam verə bilər.

Parlament prezident, vitse-prezidentlər və nazirləri haqqında istintaq açılmasını tələb edə biləcək.

İntizam məhkəmələri istisna olmaqla, hərbi məhkəmələr qurulmayacaq

Hərbi prokurorluq, hərbi ali məhkəmə və hərbi məhkəmələr yığışdırılacaq. Növbəti parlament və prezident seçkiləri, 3 noyabr 2019-ci il tarixində birlikdə keçiriləcək.

Ümumilikdə konstitusiya islahatları 27 dəyişikliyi əhatə edir.

Referendum başa çatsa da, nəticələr həm ölkə daxilində, həm də onun xaricində müzakirə olunmaqdadır. Konstitusiya islahatlarının tərəfdarları hesab edirlər ki, bu, Türkiyəni daha da gücləndirəcək. Ərdoğanın hakimiyyəti dövründə Türkiyə xüsusilə iqtisadi sahədə yüksək inkişafa nail olub və bu xətt davam edəcək. Bundan əlavə, bu gün ölkəyə qarşı həm daxildə, həm də xaricdə real təhdidlər mövcuddur. Məsələn, İŞİD, PKK terror qruplaşmaları Ankara üçün təhlükə mənbəyidir. Türkiyə onlarla mübarizə aparır. Həmçinin, Suriyadan gələn milyonlarla qaçqına öz qapılarını açıb və demək olar ki, onların təkbaşına bütün təminatını həyata keçirir.

Konstitusiya islahatlarının  əleyhdarlarından olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu düşünür ki, prezidentlik sistemi bir nəfərin hakimiyyətidir və bunu təhlükəli sayır. Referendumdan sonra Avropa liderlərindən də bəzi tənqidlər gəldi. Xüsusilə Ərdoğanın Türkiyədə ölüm hökmünün bərpa edilə biləcəyinə dair açıqlamasından sonra Avropa rəsmiləri  bəyan etdilər ki, bu baş verdiyi halda Aİ-yə üzvlüklə bağlı danışıqlar dayandırıla bilər. Bəs

Konstitusiya islahatları paketinin qəbul edilməsi Türkiyəyə nə verəcək?

Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay hesab edir ki, Türkiyədə keçirilən referendum gələcək üçün ümid vəd edir: 

“Dünyada sistemlər dəyişir, ölkələrdə isə  dəyişmə mərhələsi yaşanır. Bu inkişaflar Türkiyədə də olacaq. Türkiyədə idarəetrmə forması dəyişdirildikdən sonra daha sürətli qərarvermə prosesi başlayacaq. Bu, zənn edildiyi kimi böyük səhvlərə səbəb olmayacaq. İndi məlumatlılıq ön plana çıxacaq, doğru məlumat doğru istifadə olunacaq. Hakimiyyət düzgün qərarlar qəbul edib, hədəfə daha rahat gedəcək. Yox, əgər doğru məlumata dəyər verilməsə, o zaman artıq rəhbər və onun komandası dəyişəcək, məlumat xəzinəsi ilə hərəkət edəcək yeni bir komanda gələcək. İş prosesində səhvlər olacaq, amma icra zamanı meydana gələn çatışmazlıqlar sürətlə həll ediləcəkdir”.

Aİ ilə münasibətlərin gələcəyinə də toxunan ekspert bildirib ki, daxildə baş verən inkişaflar münasibətlərdə bəzi qırılmalar yarada bilər, amma qısa zamanda bu əlaqələr düzələcək:   “Türkiyə ciddi dəyişiklik yaşamayacaq, dünyaya yeni şeylər söyləyəcək”.

   "ABŞ-da prezident respublikası yaxşıdır, Türkiyədə pis?”

Ekspert Əkrəm Həsənov isə Qərbin və Avropanın referendum yanaşmasını tənqid edib:

 “ABŞ-da prezident respublikası yaxşıdır, Türkiyədə pis? ABŞ-da əhalinin yarıdan azının səsini toplayan Tramp prezident olanda bu, demokratiyadır, Türkiyədə referendumun müqəddəratı əhalinin yarıdan çoxunun səsi ilə həll olunanda, yox? ABŞ-da ölüm cəzası olar, Türkiyədə olmaz?.. Fikir verin: Avropanın parlament respublikalarında yaşayan türklərin çoxu referendumda prezident respublikasına "evet" dedi. Niyə? Ona görə ki, həmin parlament respublikalarının həqiqətdə müstəqil olmadıqlarını, ABŞ-ın vassalları olduğunu bilərək vətənlərinə bunu arzulamırlar. Parlament respublikası heç vaxt müstəqil olmur, kiminsə əlaltısı olur! Avropanın parlament respublikaları da məhz bu səbəbdən bəyan etdikləri prinsiplərin əksinə gedərək Türkiyə rəsmilərinə referendumla bağlı vətəndaşları ilə görüşməyə imkan vermədilər. Prezident respublikası olan ağalarının göstərişi belə idi...”.

Pərvanə Sultanova

 

 

 

Paylaş:
1471

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər