Dünya çempionunu öldürən azərbaycanlı tutulub – FOTO - VİDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Dünya çempionunu öldürən azərbaycanlı tutulub – FOTO - VİDEO - YENİLƏNİB

11:15 - 21 / 08 / 2017
Dünya çempionunu öldürən azərbaycanlı tutulub – FOTO - VİDEO - YENİLƏNİB

Rusiyada pouerliftinq üzrə dünya və Avropa çempionu 32 yaşlı Andrey Draçevi döyərək öldürən azərbaycanlı Anar Allahverənov (bəzi məlumatlara görə Anar Əlah Ziranov) saxlanılıb.

1news.az-ın AmurMedia-ya istinadla verdiyi xəbərə görə, A.Allahverənov keçirilən xüsusi əməliyyat nəticəsində ələ keçirilib, onun barəsində cinayət işi açılıb.

Qeyd edək ki, qətl hadisəsi avqustun 20-də səhər saatlarında Rusiyanın Xabarovks vilayətindəki kafelərdən birində baş vermişdi.

S.Xankişiyeva

20.08.2017 14:01

Avqustun 20-də səhər saatlarında Rusiyanın Xabarovks vilayətindəki kafelərdən birində ölüm hadisəsi qeydə alınıb.

1news.az-ın Gazeta.ru-ya istinadla verdiyi xəbərə görə, hadisə zamanı pouerliftinq üzrə dünya və Avropa çempionu 32 yaşlı Andrey Draçev həlak olub. Videokameralara düşən görüntülərə görə, hadisəni törətməkdə Anar Əlah Ziranov şübhəli bilinir. O, hadisə yerindən qaçıb. Onun barəsində polis tərəfindən axtarış elan olunub.  

Hadisə yerinə təcili yardım maşını çağırılsa da, Andreyin həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə o, aldığı kəllə-beyin travmasından dünyasını dəyişib.

Hadisə yerinə polis cəlb edilib, qətllə bağlı cinayət işi açılıb.

İnternet portallarından hadisəni törəməkdə şübhəli bilinən şəxslə bağlı məlumatlar əldə edilib. Belə ki, bu 25 yaşlı Anar Əlah Ziranovdur, əslən azərbaycanlıdır və Şərq əlbəyaxa döyüşləriylə peşəkarlıqla məşğul olub.

Andrey Draçev isə 2011-ci ilin noyabrında pouertliftin üzrə Dünya Çempionatının gümüş medalını qazanıb. 2015-ci ildə Uzaq Şərqdə ən yaxşı mütləq kateqoriyaya sahib olub. 2017-ci ildə Primorskda bodibildinq üzrə Açıq Çempionatda iştirak edərək birinci yeri qazanıb.

 S.Xankişiyeva

Paylaş:
7954

Son xəbərlər

Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04
Bütün xəbərlər