Ermənistan silahlı qüvvələrində növbəti biabırçılıq | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan silahlı qüvvələrində növbəti biabırçılıq

11:27 - 22 / 08 / 2017
Ermənistan silahlı qüvvələrində növbəti biabırçılıq

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdə yerləşən bölmələrində növbəti cinayət hadisəsi qeydə alınıb.

1news.az-ın məlumatına görə, Madagiz hərbi bazasında şəxsi heyət arasında nizamnamədən kənar qarşılıqlı münasibətlərin pozulması nəticəsində əsgərlər Asatryan və Arsen Markaryan ciddi bədən xəsarətləri alıblar.

Xidməti vəzifələrini yerinə yetirən alayın 4-cü taborunun hər iki əsgəri yuyunma yerinin təmizlənməsindən imtina etdikləri üçün tağım komandiri Aşot Gevorkyan tərəfindən vəhşicəsinə döyülərək hospitala yerləşdiriliblər. Bundan əlavə məlum olub ki, elə həmin gün bu alayın 2-ci taborunun əsgəri Qaqik Martirosyanın da hələlik naməlum şəraitdə barmağı sındığı üçün hospitala aparılıb.

Ağdərə ətrafında yerləşən digər bölmədə odlu silahdan istifadə qaydalarının pozulması səbəbindən Hraç adlı əsgər barəsində açılan cinayət işi ilə əlaqədar hərbi qulluqçular Aram Mardinyan, Alyoşa Barseğyan, Apres Qriqoryan və Harutyun Hakopyan istintaqa cəlb olunublar.

Yenə də Ağdərədə yerləşən  işğalçı ordunun hərbi hissədə müqavilə əsasında xidmət edən hərbi qulluqçu Armen Yeğazaryan tərəfindən kiçik rütbəli zabitin döyülməsi, o cümlədən fərarilik və mobil telefondan istifadə etmə faktları üzrə cinayət işləri açılıb.

Babək Cahandarov

Paylaş:
767

Son xəbərlər

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaqBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15
Bütün xəbərlər