ABŞ prezidenti: “KXDR-i tamamilə məhv etməkdən başqa seçimimiz qalmayacaq” | 1news.az | Xəbərlər
Dünya

ABŞ prezidenti: “KXDR-i tamamilə məhv etməkdən başqa seçimimiz qalmayacaq”

20:43 - 19 / 09 / 2017
ABŞ prezidenti: “KXDR-i tamamilə məhv etməkdən başqa seçimimiz qalmayacaq”

“ABŞ üçün təhdidlər davam edərsə, Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz qalmayacaq”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış edərkən deyib.

D. Tramp qeyd edib ki, "raket adam" ( Kim Çen In ) öz rejimi və özü üçün sui-qəsd hazırlayır: “ABŞ-ın çox səbri var,  güclüdür, ancaq bizim özümüzü, ya da mütəffiqlərimizi müdafiə etməyə məcbur qoyarlarsa, Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz olmayacaq. ABŞ hazırdır, hətta buna qadirdir, amma ümid edirik ki, buna ehtiyac qalmayacaq”.

ABŞ dövlət başçısı deyib ki, artıq Şimali Koreyanın nüvəsizləşdirmədən başqa bir əlacının qalmadığını dərk etmək vaxtı çatıb.

BMT Təhlükəsizlik Şurası tərəfindən Şimali Koreya ilə bağlı qətnamə qəbul edildiyini xatırladan D.Tramp deyib ki, Pxenyana qarşı daha geniş tədbirlər görülməlidir: “Çin və Rusiyaya sanksiyalarda dəstəyə görə təşəkkür edirəm. Amma bunu daha da genişləndirmək lazımdır. Bütün dövlətlərin birgə fəaliyyət göstərməsinin zamanı yetişib. Düşmən davranışları dayandırılanadək Kim Çen In rejimini sıxışdırmalı və təcrid etməliyik”.

Qeyd edək ki, Şimali Koreya rəhbərliyi ABŞ-ı nüvə silahı ilə təhdid edib. Belə ki, Şimali Koreya rəhbərliyi mətbuata açıqlamasında ABŞ-ın hər hansı hücum cəhdinə Şimali Koreya “nüvə hücumu” ilə cavab verəcəyini bildirib.

Şimali Koreyanın müdafiə naziri Pak Yonq-Sık ölkənin təhlükəsizliyini qorumaq üçün hər cür addım atmağa hazır olduqlarını açıqlayıb. Nazir deyib ki, ABŞ Şimali Koreyanı nüvə silahı ilə təhdid etməkdən əl çəkməsə,  Şimali Koreya ordusu heç bir xəbərdarlıq etmədən Amerikanın “ürəyinə” ən geniş nüvə zərbəsi endirəcək: "Dünyada ABŞ deyilən yerdən heç bir iz də qalmayacaq".

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası tərəfindən Şimali Koreyaya qarşı qəbul edilmiş qətnamə Pxenyanın ixrac və idxal imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

1news.az

Paylaş:
695

Sizin üçün xəbərlər

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər