Qırğızıstanda matəm elan edilib | 1news.az | Xəbərlər
Dünya

Qırğızıstanda matəm elan edilib

16:08 - 29 / 04 / 2017
Qırğızıstanda matəm elan edilib

Qırğızıstanın Oş vilayətində güclü torpaq sürüşməsinin baş verməsi nəticəsində 24 nəfərin ölməsi ilə bağlı ölkədə matəm elan edilib.

1news.az bu barədə TASS-a istinadən xəbər verir.

Qırğızıstan prezidenti Almazbek Atambayev bununla əlaqədar sərəncam imzalayıb.

Sərəncama əsasən, 30 aprel milli matəm günü elan edilib. Sabah ölkədə və Qırğızıstanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində bayraqlar yarıya qədər endiriləcək.

Televiziya və radio kanallarına həmin gün əyləncəli veriliş və proqramları ləğv etmək tövsiyə olunub. Prezident A.Atambayev həlak olan və xəsarət alanların ailələrinə zəruri yardımların göstərilməsi barədə də tapşırıq verib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 6:40-da Qırğızıstanın Oş əyalətinin Uzgen rayonunun Ayuu kəndində güclü torpaq sürüşməsi olub.

İlkin məlumatlara görə, torpaq altında qalan 4 ev boş olub. Bildirilir ki, torpaq altında 6 ailə qalıb, onların 9-u uşaqdır.

Verilən məlumatlara görə, torpaq sürüşməsi nəticəsində 24 nəfər həlak olub.

Rəsmi qurumlar torpaq sürüşməsinin təkrarlanmasını inkar etmirlər. Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

1news.az

 

Paylaş:
764

Son xəbərlər

Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41
Bütün xəbərlər