USD1.7008
EUR2.0035
RUB0.0286
Brent50.52
WTI46.91
Золото2 164.69
S&P 500 Index2 468.11
Nikkei 22519 702.63

Obamanın vida nitqi və göz yaşları – FOTOREPORTAJ 11.01.2017 11:42

ABŞ-ın 44-cü prezidenti Barak Obama əsası ilk sələfi Corc Vaşinqton tərəfindən qoyulmuş ənənəyə sadiq qalaraq vida nitqi ilə ölkəsinə müraciət edib.

Obama prezident olaraq vida nitqini ondan əvvəlki sələfləri kimi Ağ Evdə deyil, 2008-ci ilin noyabrında keçirilmiş seçkilərdən sonra komandası ilə birlikdə qələbəsini qeyd etdiyi ABŞ-ın Çikaqoda yerləşən ən iri konqres-mərkəzlərindən birində söyləyib.

Prezident səhnəyə U2 qrupunun City of blinding lights (Şəhərin gözqamaşdırıcı işıqları) sədaları altında çıxıb. Dövlət başçısını həyat yoldaşı Mişel və böyük qızı Maliya müşayiət edib.

Barak Obama Ağ Evi yanvarın 20-də tərk edəcək. Elə həmin gün ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inaqurasiya mərasimi baş tutacaq.

535baxışların sayı