Washington Post: Reina klubuna hücum Türkiyənin dünyəviliyini itirdiyini göstərir – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Washington Post: Reina klubuna hücum Türkiyənin dünyəviliyini itirdiyini göstərir – VİDEO

12:58 - 06 / 01 / 2017
Washington Post: Reina klubuna hücum Türkiyənin dünyəviliyini itirdiyini göstərir  – VİDEO

Yeni ilin elə ilk dəqiqələrindən Türkiyə son iki ilin 15-ci terrorunu yaşadı. İŞİD terror qruplaşması bu hücumu həyata keçirdiyini öz üzərinə götürdü.

Bu terror üçün Bosforun sahilində yerləşmiş, yüksək səviyyəli məşhur gecə klubu Reina seçildi. 2015-ci ildə Türkiyənin siyasətində baş verən irəliləyişdən sonra ölkə terrorçuların hədəfinə çevrildi. Belə ki, İŞİD döyüşçüləri üçün Suriya və Türkiyə arasında keçid çətinləşdi.

Bu haqda jurnalist Ezgi Basaranın Washington Post saytında dərc edilmiş məqaləsində qeyd edilib.

Həmin məqaləni bir sıra ixtisarla diqqətinizə çatdırırıq:

“Gecə özbaşınalığı müasir Türkiyə və onun siyasi məğlubiyyətlərini anlamaq üçün vacib göstəricidir.  Türkiyənin sosial birliyi öz əsasında dağılır. Bu da ölkədə kədər, sevinc və xoşbəxtliyi bölüşməyə imkan vermir.

Reina klubu – təsadüfi seçim deyil. Belə ki, son beş il ərzində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin dünyəvi hissəsinə təzyiq göstərirdi. Dövlət başçısı onları “köhnə Türkiyə” adlandıraraq ölkə reallığı və imtiyazından kənar, Bosforu seyr edərək viski qaldıranlar, deyə xitab edərdi.

Əslində isə Reina klubunu İstanbulun təhsilli, sosial cəhətdən təmin edilmiş orta sinifi və ya bu hissəsi jurnalist Üfüq Güldəmirin dediyi kimi “ağ türklər” ziyarət edərdi.

Yaxın zamanlara qədər heç kəsi Reina kluba gələnlərin nə qədər içdikləri və istirahət etdikləri maraqlandırmırdı. Lakin indi türk cəmiyyətinin dünyəvi hissəsini, elə onların həyatı kimi təhlükədədir.

2016-cı ilin son günləri bir sıra mer, dövlət müəssisəsi, hətta QHT-lər tərəfindən Yeni illə bağlı sistemli olaraq “xəbərdarlıqlar” səslənirdi. Türkiyənin dini işlər üzrə qurumunda qeyd edilib ki, ölkə müsəlmanlarının Yeni ili bayram etməsi “qanuni deyil”.

İstanbulun bütün küçələrində bir kişinin Santa Klausu yumruqlaması, bir qrup kişinin isə Santanın dostunu silahla hədələməsilə bağlı bennerlər asılmışdı. Bütün bunlar Yeni il bayramının dünyəvi cəhətdən qeyd edilməsinin etirazını nümayiş etdirirdi.

 

Dekabrın 31-i səhər Türkiyənin İslam qəzetlərindən birində “Bu, bizim son xəbərdarlığımızdır. BAYRAM ETMƏYİN!” başlığı dərc edilmişdi.

Baxmayaraq ki, Türkiyə əhalisinin böyük əksəriyyəti mühafizəkar və dindardır, Yeni il bayramının keçirilməsi və alkoqollu içkilərdən istifadə etmək heç vaxt problem yaratmayıb. Hər kəs dərk edir ki, başqasının həyat tərzinə hörmət etmək nəinki insanlıq ədəbi, həmçinin Türkiyə kimi çoxsaylı xalq və mədəniyyətlərin nümayəndələrinin yaşadığı ölkədə əmin-amanlıqda yaşamağın şərtidir.

Bütün bunlar qondarma “köhnə Türkiyə” birlikdə gedir. Bu ölkə heç vaxt tamamilə demokratik olmayıb. 1980-ci il hərbi çevrilişdən sonra ölkə institutlarını tamamilə inklüziv etmək mümkün olmadı. Bu gün biz yeni ölkənin – tolerantsız yeni Türkiyənin formalaşmasının şahidi oluruq.

Türkiyənin hazırki böhranı ölkənin Suriya böhranı üzrə siyasətinin dəyişməsindən çox asılıdır. Əgər 2013-cü ildən 2015-ci ilədək İŞİD döyüşçüləri Türkiyə sərhəddində asanlıqla yerləşə bilirdilərsə, 2015-ci ildən vəziyyət dəyişdi. Və İŞİD qisas olaraq Türkiyəni əsas hədəfinə çevirdi.

Yeni il gecəsindəki hücumdan sonra Türkiyə sosial mediası klubda həlak olanlar üçün “ədalətli” və “Yeni ili qeyd edənlərin hesabı” kimi şərhlərlə doldu.

Şərhlərdən biri: “Bəs nə gözləyirdiniz? Santa hər zaman hədiyyə gətimir. Düşünürsünüz ki, içdiyiniz çaxır və rakı ölümdən sonrakı həyatınzda köməyinizə çatacaq? Arzulayın!”

Digər istifadəçi isə: “Şeytan Santa! Bu dəfə öz dostlarına qonaq gəldin. Bütün dünya od tutarkən mini ətəklərinizdə əylənəndə bunu alacaqdınız”.

Həlak olanların ünvana bu cür şərhlər az deyildi və bütün bunlar ölkə hökumətinin susqunluğu ilə müşayiət olunurdu. Bu, Türkiyənin dünyəvi hissəsi üçün zərbə idi.

Lakin ötən ay İstanbulun futbol meydanı qarşısında 38 nəfərin ölümü ilə nəticələnən hücumdan sonra ölkə rəhbərliyinin reaksiyası başqa oldu. Bu hücumu öz üzərinə kürd üsyançı qruplaşması RPK götürdü.

O zaman hökumət nümayəndələri 200-dən çox insanı həbs etmişdi. Belə ki, həmin şəxslər Twtter-də prezident Ərdoğanın kürd siyasətilə bağlı fikirlərinə tənqidi yanaşmaqda ittiham olunurdular. Hölumət bu twitləri “terror təşkilatlarını yayanlar” adlandırmışdı.

Bu dəfə isə hər şey fərqli idi. Hətta hökumət lehinə çıxış edn Şahan Gökbahar da klubda həlak olanların ünvanın sərt sözlər yazanları qınayaraq ölkə rəhbərliyini fəaliyyətə səslədi.

Bütün bunların nəticəsi olaraq ölkənin dünyəvi hissəsi özlərini azlıq, böhtana, həmçinin terror hücumlarına məruz qalanlar kimi hiss edirlər.

Türkiyənin dünyəvi hissəsi heç vaxt özlərini bu cür yalnız və zəif hiss etməmişdi. Kədərlidir, lakin onlar bu cür təzyiqlərə necə münasibət göstərməyi də bilmirlər. Göründüyü kimi, cəmiyyətin intellektli dünyəvi hissəsinin Türkiyəni kütləvi surətdə tərk etməsi qaçılmazdır”.

Paylaş:
992

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər