Keçən ay 12 kilоqramdan artıq narkotik maddənin sərhəddən keçirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Keçən ay 12 kilоqramdan artıq narkotik maddənin sərhəddən keçirilməsinin qarşısı alınıb

22:18 - 13 / 01 / 2017
Keçən ay 12 kilоqramdan artıq narkotik maddənin sərhəddən keçirilməsinin qarşısı alınıb

Dekabr ayında cina­yətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axta­rışda оlan 373 nəfər aşkar­lanaraq aidiyyəti оrqan­lara təhvil vеrilib.

1news.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat veriblər.

Məlumata görə, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticə­sində 14 halda 12 kilоqram 460,4 qram narkоtik maddə aşkar edilərək götürülüb.

Cəlilabad rayonunun Dələli kənd ərazisindəki sərhəd zastava­sının xidməti sahəsində qabaqlayıcı əməliyyat məlu­ma­­tları əsasında həyata keçirilən tədbirlər nəticəsində 11.12.2016-cı il və 21.12.2016-cı il tarixlərdə narkotik maddələr olan 3 kq 785 qram heroinin, 4 kq 200 qram kakosun, 3kq 600 qram tiryəkin və 580 qram metadonun dövlət sərhədindən ölkəmizə gətirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində hə­ya­ta kеçiril­miş tədbirlər nəticəsində 73 halda ümumi dəyəri təq­ribən 919 min 390 manat оlan qaçaqmal, о cümlədən 7 ədəd tüfəng, 42 ədəd patron, 10 ədəd radiostansiya, 14 655 qutu pirotexniki vasitə, 10 000 Azərbaycan manatı, 120 000 ABŞ dolları, 6 027 qutu müxtəlif markalı siqaret, 31 ədəd mоbil tеlеfоn, 1 ədəd qayıq, 10 670 ədəd tibbi ləvazimatlar, 603 ədəd müxtəlif növ dərman prеpa­ratları və müxtəlif  sənayе malları saxlanılıb.

1news.az

 

Paylaş:
653

Son xəbərlər

PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ26 / 04 / 2024, 18:12Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdirBu gün, 20:33İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55
Bütün xəbərlər