Bakıda biznes mərkəzindəki güllələnmənin səbəbi məlum oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda biznes mərkəzindəki güllələnmənin səbəbi məlum oldu

16:17 - 08 / 01 / 2017
Bakıda biznes mərkəzindəki güllələnmənin səbəbi məlum oldu

Dünən Bakının mərkəzində, metronun “Xətai” stansiyasının yaxınlığındakı “Demirchi Tower” biznes mərkəzində iş yoldaşı tərəfindən güllələnərək öldürülən 1993-cü il təvəllüdlü Ağalı Əli Valid oğlu doğulduğu Masallı rayonunda dəfn edilib.

1news.az lent.az-a istinadən xəbər verir ki, 24 yaşlı Ə.Ağalının cənazəsi bu gün səhər Masallının Şərəfə kəndinə gətirilib və günorta saatlarında kənd qəbiristanlığında dəfn edilib.

Kənd sakinləri Lent.az-ın əməkdaşı ilə söhbətlərində mərhumun ailəsini müsbət xaraterizə ediblər və mömin nəsil olduqlarını, atasının və bir çox qohumlarının Həcc ziyarətində olduğunu deyiblər.

Bu arada məlum qətl hadisəsinin təfərrüatları da məlum olub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, qətldən bir gün əvvəl İraq Hava Yollarının Bakı nümayəndəliyinin sürücüsü, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu ilə həmin şirkətin meneceri Əli Ağalı arasında mübahisə yaranıb. Mübahisə hər iki şəxs şirkətə məxsus avtomobillə aeroporta gedərkən baş verib. Aeroportda Ə.Ağalı sürücüyə vitrinin arxasına keçməklə bağlı irad bildirib və tərəflər arasında münasibət daha da kəskinləşib. Özündən yaşca 4 yaş kiçik iş yoldaşının ona olan münasibətini qəbul edə bilməyən E.Bəşirov mübahisədən bir gün sonra, yəni dünən iş gələrkən evdən özünə məxsus olan və ov tüfəngi kimi rəsmi qeydiyyatdan keçmiş “Vinçester” markalı silahını götürüb. O, ofisdə Ə.Ağalıya yaxınlaşaraq bir neçə dəfə atəş açıb. Başından güllə yaraları alan 24 yaşlı Əli hadisə yerindəcə keçinib.

Hadisədən sonra E.Bəşirov silahını götürərək polis bölməsinə gedib və təslim olub.

1news.az

Paylaş:
492

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər