“Hamı üçün İKT” sosial layihəsinə start verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Hamı üçün İKT” sosial layihəsinə start verilib

21:27 - 22 / 09 / 2017
“Hamı üçün İKT” sosial layihəsinə start verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aztəminatlı, qaçqın və məcburi köçkün, şəhid ailələrinin üzvləri və məhdud fiziki imkanlı məktəblilər və gənclər üçün kompüter biliklərinin inkişafına xidmət edən “Hamı üçün İKT” sosial  layihəsinə start verib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, layihə Elektron Hökumət Təlim-Tədris Mərkəzi tərəfindən Bakı və regionlarda yerləşən təlim mərkəzlərində keçiriləcək.

Layihə çərçivəsində 1000-ə yaxın şəxsin informasiya texnologiyalarından istifadə biliklərinin artırılması, ən vacib kompüter proqramlarının öyrənilməsi və elektron hökumət həlləri üzrə bacarıqların inkişaf etdirilməsi məqsədilə ödənişsiz əsaslarla təlimlər təşkil olunacaq. Təlimlərdə iştirak edənlər yeni biliklər əldə edəcək və şəxsi karyeralarını inkişaf etdirmək  imkanı qazanacaqlar.

Layihə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Eyni zamanda, Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi layihəyə dəstək verirlər. Layihənin digər dəstəkçisi “Microsoft Azərbaycan” layihə iştirakçılarına tədris məzmunu və beynəlxalq sertifikat imtahanlarında ödənişsiz iştirak hüququ təqdim edir.

İlk təlimlərə sentyabrın 6-dan start verilib. Bu təlimlər Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Şamaxı, Şəki regional təlim mərkəzlərində keçirilir. Təlimlərdə yaşından, ixtisasından asılı olmayaraq, hər bir kəs iştirak edə bilər.

Təlimlər 6 günlük kurslar şəklində təşkil olunur. Məşğələlər beynəlxalq sertifikatlı təlimçilər tərəfindən keçirilir. Təlimlərin yekunları üzrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatları təqdim ediləcək.

Qeyd edək ki, Elektron Hökumət Təlim-Tədris Mərkəzi kompüter və informasiya texnologiyaları sahəsində əhalinin biliklərinin artırılması məqsədilə yaradılıb və innovativ texnologiyalardan istifadə etməklə 16 rayonda əhaliyə xidmət göstərir. Təlimlərə yazılmaq üçün yaxınlığınızda yerləşən “Şəbəkə” xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Layihədə iştirak etmək və əlavə məlumat almaq üçün aşağıdakı vasitələrlə Mərkəz ilə əlaqə saxlamaq mümkündür: www.e-training.az, [email protected], (012) 505-01-13,  (077) 505-01-13.

Babək Cahandarov

Paylaş:
955

Son xəbərlər

Cavanşir Məmmədovla vida mərasimi başa çatıb - YENİLƏNİBBu gün, 16:23Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10
Bütün xəbərlər