Orxan Fikrətoğlu: Bu günün teleserialları ağıla, maarifçiliyə deyil, emosiyalara yönəlidir | 1news.az | Xəbərlər
Cəmiyyət

Orxan Fikrətoğlu: Bu günün teleserialları ağıla, maarifçiliyə deyil, emosiyalara yönəlidir

16:00 - 22 / 09 / 2017
Orxan Fikrətoğlu: Bu günün teleserialları ağıla, maarifçiliyə deyil, emosiyalara yönəlidir

Biz obrazlarla düşünən, olanla-olmayanı eyni müstəvidə görən adamlarıq.

Bir var ismarışı çılpaq, olduğu kimi verəsən, necə ki, bunu elektron “KİV”lər ” xəbər proqramlarında edir. Bir də var, sözü bəzəyib-düzəyib obrazlı tərzdə deyəsən. Biz obrazlı sözü, quru ismarışdan daha tez anlayırıq. Beyin quruluşumuz belədir. Bu baxımdan peşə dəyərləri yerində olan ən bəsit teleseriallar bizi ruhani qatda idarə edə bilər.

Bu səbəbdən də elektron “KİV”lərdə nümayiş olunan teleserialların ideoloji bazası düzgün müəyyən olunmalıdır. Edilməsə, biz Azərbaycan əsgərlərini deyil, ən yaxşı halda emosional hind oğlanlarını böyüdəcəyik.

Ondan başlayım ki, teleserialların mövzusu real Azərbaycanla bağlı mövzular olmalıdır. Tanıdığımız olmasa da, tanımadığımız da olmamalıdır. Reketi, kriminalı, bəsit sevda dastanlarını, gülüşlə süstlənən loru dialoqları hansı ölkədə desən tamaşaçıya sırımaq olar. Bəs özəllik? Rusiyaya pul qazanmağa gedib geri qayıtmayan, Suriyada aldanılıb “qazamat”a düşən, hələ də meqopolisə adaptə olunmadığından darıxan qaçqın ciddiliyində yaşayan qəhərmanlarımız görəsən haçan teleserial arealında görünəcək? Deyirsiz bu problemlər xalqın təfəkkür gerçəkliyində yoxdur? Var axı. Bunu biz onlara olduğu kimi açmasaq, başqaları başqa cür anladacaq! İnsanların dərdi aqresiya fazasına keçməmiş milli sənət, toplumu milli ideolojidə birləşdirməlidir. 

Sənət estetik dəyərlərlə süstlənsə də ən işlək təbliğat vasitəsidir. Vizual təsirlə kütləni milli ideolojiyə kökləmək isə günün sosial sifarişidir. Kütlə təbliğatsız qalanda ən yaxşı halda nala-mıxa vurur. Sən öz tamaşaçını idarə edə bilməsən onu başqa ideolojilərə aid sənət nümünələri vasitəsi ilə digər ideolojilər idarə edəcək. Örnəyi “Maşa və Ayı” ağırlığında animasiya filmi yarada bilmədiyimizdən uşaqlarımız yad sənət gerçəkliyində böyüyür. Birinci Qarabağ savaşı zamanı döyüşçülərimizin döyüş ləqəbləri nədənsə Rembo, Ceki Çan, Van Dam filan olardı. Qəhrəmanlarmızı belə öz filmlərimizin obrazlarına oxşatmırdıq. Görəsən nəyə görə onları Rembo deyə çağırırdıq? Adlarına Babək demirdik. Ona görə ki biz o zaman da, bu gün olduğu kimi vizual mədəniyyəti ideoloji zəminə görə anlamırıq.

Bu gün  “teleseriallar” ya əyləncəlidir, ya da kriminal. Yaxşı deyək ki, bu günün tamaşaçısı əyləncəni ciddi sənətdən üstün tutur. Onda zəhmət çək film dediyin bu əyləncəli serialı zövqlə və peşə kanonları ilə yarat ki, zövqümüz korlanmasın. Rayon ləhçəsində danışan, karikatur geyimli “ale Çaplinlər” Füzulisi, Nəsimisi olan bir xalqa təzə nə öyrədə bilər?

Gerçək serial ən əvvəl rejissor mövqeyidir. Rejissorun sənə dediyi söz tanıdığın reallıqda deyilsə də sanki irreal bir fəzada səslənməlidir. Sən bu düşünülmüş fəzada baş verən dramın izləyicisi olsan da olanlara inanmalısan. Özünü orda hiss etməlisən. Bizim teleserialların ağrısı, dərdi insanı düşündürmür, deyə tamaşaçı özünü təklif olunan fəzada görə bilmir. Ən yaxşı halda o gördüyü hadisəni kənardan izləyib, onun emosional haləsi altına düşür. Bu günün teleserialları ağıla, maarifçiliyə deyil, emosiyalara yönəlidir. Mövzular üzdədir, işlənməsi də üzdəndir. Bu seriallar uzağı tamaşaçının birgünlük marağını təmin edir. Bu maraqlar da dəblə bağlıdır deyə sabah unudulub gedir. Bu günün rejissorları bu vizual mətnlərlə görəsən bizə nə demək istəyirlər?

Şəxsən mən onların nə demək istədiyini bilmirəm. Bu səbəbdən də sözü olmayan bu rejissorlara mənim də “sözüm” yoxdur. Təkcə onu dəqiq bilirəm ki, əyləncə və ya şok yaratma effekti ilə çəkilmiş bu janrı bilinməyən vizual parçalar ciddi sənət deyil. Ucuz “komediyadır”. Və bu ucuz komediyalar hər gün topluma təsir edib onu zövqsüzləşdirir.

Bunu bir çoxları anlasa da, nədənsə səslərini çıxarmırlar. Görəsən bu filmlər necə və niyə çəkilir? Kimə və nəyə xidmət edir? Kassaya! Əlbətdə ki, kassaya! Onda belə çıxır ki, milli ideoloji kassanın arxasındadır? 

Kinomatoqraf özünü malliyələşdirsə yaxşıdır, ya dövlətdən pul alsa düzdür? Bu sual ritorik olsa da aktualdır! Özləri-özlərini malliyələşdirməkdən ötrü istehsalçılar çəkdiklərini hər hansı bir yol ilə satmalıdırlar. Onlar bunu yaxşı anladıqlarından asan yol seçiblər. Özlərini çətinə salmadan ən bəsit üsulla pul qazanırlar. Maraqlar üstə ucuz komediyalar çəkirlər. Bu oyunda qazanan bəllidir. Bəs uduzan kimdir? Deyim bilin. Azərbaycan xalqı! Bizim gerçək vizual mədəniyyətdən yadırğamış zövqümüz!  

Əgər yeddi gün dalbadal televiziyada at arxasını göstərsən səkkizinci gün o arxa reytinq verəcək! O səbəbdən ki, həmin o at arxasının ayrı alternativi olmayıb. Seçim olmayanda nə göstərilirsə, ona da baxılır.

Bu günün teleserial istehsalçıları kassanı ideolojiyə çevirdikləri üçün ciddi kinomatoqraf belə  Azərbaycanda prodüsser sisteminə keçə bilmir. Prodüsser kinosu, sağlam rəqabətin hökm sürdüyü kino bazarlarına malik ölkələrdə işləkdir. Azərbaycanda kino bazarı yoxdur. Azərbaycanda film və serialların  monitorinqini apardıqdan sonra göstərisini təşkil etməli olan “kino prokat” sistemi də yoxdur. Bölgələrdə yaradıcı mühütün bərpa olunması, dünyaçaplı filmlərin çəkilməsi və tirajlanması, müəllifindən tutmuş işıqçısına qədər kino kadrların ciddi sənətə adaptə olunmaları, müstəqil prodüsser kapitalının yaranması hələ ki illərlə gözləyəcəyimiz məsələlərdir.

O da var ki, prodüsser kapitalını kinoya yatırmırsa, dövlətin hesabına çəkilən serialların inkişafı mənə milli kinonun intibahından daha perspektivli görünür. Ən azı ona görə ki serial istehsal edən Azərbaycan elektron mətbuatı, yəni “TV”lər reklam bazarlarıyla daha çevik işləyə bilirlər. Müəyyən gəlirləri və auditoriyaları var. Belə demək mümkündürsə tamaşaçıya real çıxışı olan kino setləri mövcuddur. Teleserialların çəkilişi iri həcmli filmlərdən daha ucuz başa gəlir. Dekaraisyası, texniki göstəriciləri daha asan əldə olunur. Və bu sahə gerçək kinoya baxanda hələ ki, daha gəlirli sahədir.

Mən bu kiçik yazıda əlbəttə ki, kino gerçəkliyinin bütün çatışan və çatışmayan cəhətlərini şərh etmək fikrində deyiləm. Hərçənd ki, bu sahənin işlək mexanizmə çevrilməsi yollarını bilirəm.

Bu gün siz bir az gülünc görünən teleseriallara baxıb dodağınızı büzməyin də. Pərəstiş etdiyiniz türklər də, hindlilər də bir vaxt  teleserial çəkilişlərinə elə bizim kimi başlamışdılar. Mən məsələnin görünən tərəfinə deyil, daha dərin qatda yatan “ideoloji zəmin” məsləsinə toxunmaq istəyirəm. Tele verlişlərin mövzuları, ideoloji olmaya bilər. Geniş auditoriyanı əyləndirən, “hırnan” və ya “ağlaşmaynan” pul qazanan verlişlər bu gün televiziyalara pul gətirə bilər. Bu günün televiziyası daha çox biznesdir. Ona görə də efirlərin bazar tələbatı “ideolojidən” daha çox nəzərə alınır. Tele seriallar isə pul gətirməsələr belə, fikrimcə mütləq ideloji olmalıdırlar. Qardaş, dövlətimiz bunu öz vəsaiti hesabına çəkdirmirmi? Buna daha nə “hır?” Tele serialların mövzususnu,  reytinqlər, kütlənin zövqü deyil ideoloqlar müəyyən etməlidirlər. Rusiya seriallarının mövzularını bir araşdırın. Gizlin qatda sovet ruhunun geri qaytarılması, polis gücünün nümayişi, dövlətin bir çox prioritetlərinin filmlər vasitəsi ilə təbliğatı Rusiya seriallarının gizli alt kodudur. İndi yadınıza salın ki, bizim serial rejissorlarımız hansı mövzulara müraciət edirlər.  Xəyanət, kriminal, romantika, əyləncə və sairə və ilaxır.

Vergilər hesabına formalamış öz pulumuza milli ideolojimizin çalarlarını açan, müstəqiliyimizi təbliğ edən, güclənən iqtisadiyatımızı nümayiş etdirən, sosial ədaləti, insafı yayan filmlər çəkməliyik. Məncə mövzular Tele-radio Şurası tərfindən təsdiqləndikdən sonra mətbuat vasitəsi ilə “geniş müzakirəyə” də çıxarılmalıdır. Prioritetlər vətənpərvərlik, qəhrəmanlıq təbliğ edən mövzular olmaldır. Gələcəyimizi təmin edəcək gəncliyin milli fərd kimi yetişməsi, qanunun aliliyi, ədalətin tərənnümü yeni kino obrazları vasitəsi ilə cəmiyyətə aşılanmalıdır. İdeal polis obrazının qəhrəmanı olduğu teleserial inanın ki,t əkcə gəncləri deyil, hamımızı yaxşı tərəfə dəyişə bilər. Ədalətli hakim, əli təmiz vergi müffətişi bu gün teleseriallar vasitətəsi ilə cəmiyyətdə təbliğ olunmalıdır. Qoy real insanlar özlərini bu “obrazlarla” tutuşdursunlar. Bu da bir islah yoludur.  Biz nə istəyirik? Biz nə istəyiriksə onu seriallar da istəməlidirlər.

Necə yaşayırıqsa elə də filmlər çəkməliyik. Elə etməliyik ki, olduğumuzdan daha yaxşı olaq. Soruşacaqsınız ki, necə?

Çox asan.

İşi bilənə tapşırmaqla!

 

Orxan Fikrətoğlu

Məqalə müəllifin nəzər nöqtəsini əks etdirir.

 

Müəllifin digər məqalələri:

Orxan Fikrətoğlu: Sən demə, biz düşmənimizi hələ də tanımırıq...

Orxan Fikrətoğlu: Artıq düşünmək dəbdə deyil, düşünmək köhnəlik əlamətidir

Paylaş:
1316

Son xəbərlər

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17Putin: Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb22 / 04 / 2024, 17:02
Bütün xəbərlər