Bakıda küçə musiqisi festivalı keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda küçə musiqisi festivalı keçiriləcək

12:57 - 21 / 09 / 2017
Bakıda küçə musiqisi festivalı keçiriləcək

23-24 senyabr tarixlərində Dənizkənarı Milli Parkda “Xəzərin sahilində” küçə musiqisi festivalı keçiriləcək.

1news.az-ın məlumatına görə, saat 19:00-da başlayacaq tədbir “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Milli Musiqi Gününə həsr olunmuş festivalda müxtəlif janrlarda ifa edən iyirmidən artıq ifaçı və qrupun iştirakı nəzərdə tutulub.

Azərbaycanda ilk dəfə keçirilən küçə musiqisi festivalı üçün Dənizkənarı Milli Parkda  xüsusi nöqtələr ayrılıb və avadanlıqla təchiz olunub.

Festivalın keçirildiyi tarixlərdə kiçik səhnələrdə ifaçılar biri-birini əvəz etməklə öz proqramlarını təqdim edəcəklər.

Küçə Musiqisi Festivalının ən maraqlı məqamlardan biri - səhnələrdən birinin boş saxlanılaraq, istənilən arzu edən şəxsə burada ifa etmək imkanın verilməsi olacaq.

“Xəzərin sahilində” küçə musiqisi festivalında Azərbaycanın tanınmış ifaçılarının iştirakı, müxtəlif səhnə şoularının təşkili də nəzərdə tutulub.

Qeyd edək ki, bu festivalın keçirilməsində məqsəd Bakı şəhərində küçə musiqiçilərinə münasibətin daha da yaxşılaşdırılması, gənclərin musiqi ətrafında toplaşaraq xoş vaxt keçirmələrinə nail olmaqdır.

Babək Cahandarov

Paylaş:
840

Son xəbərlər

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22
Bütün xəbərlər