Sürücüyə silah çəkən şəxs: Xəcalətimdən o videoya baxmadım – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürücüyə silah çəkən şəxs: Xəcalətimdən o videoya baxmadım – VİDEO

10:05 - 23 / 08 / 2017
Sürücüyə silah çəkən şəxs: Xəcalətimdən o videoya baxmadım – VİDEO

Bakıda avtobus sürücüsünə silah çəkən şəxs saxlanılıb.

1news.az-ın xəzərxəbər-ə istinadla verdiyi xəbərə görə, hadisə avqustun 18-də axşam vaxtı paytaxtın Binəqədi rayonu ərazisində baş vermişdi.

85 saylı avtobusun sürücüsü Gülağa Xudaverdiyev ərazi üzrə 7-ci polis bölməsinə məlumat verib ki, avtobusa minən şəxlərdən biri onu və sərnişinləri silahla hədələyib. Hadisənin baş verməsinə səbəb kimi isə o, dayanacaqdan kənarda avtobusu saxlamaması üstündə olduğunu deyib. Hətta həmin vaxt sürücü avtobusun təhlükəsizlik kamerasına düşən görüntüləri belə polisə təqdim edib.

Binəqədi rayon polis idarəsi və 7-ci polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakini 29 yaşlı Orxan Cəmil oğlu Orucov ötən gün axşam saatlarında tutularaq istintaqa təhvil verilib. Saxlanılan Orxan əməlini etiraf edib. O, hadisədən əvvəl spirtli içki qəbul etdiyini deyir.

Saxlanılarkən Orxan Orucuovun üstündən həmin cinayətdə istifadə etdiyi "Makarov" tipli pnevmatik tapança və narkotik maddə heroin də aşkar edilib. Orxan Orucov əməlindən peşman olduğunu deyir.

Faktla Binəqədi rayon polis idarəsinin İstintaq Şöbəsində Orxan Orucov barəsində də cinayət işi başlanılıb, istintaq gedir. Onun həmin silahla başqa cinayət törədib, törətməməsi araşdırılır.

Mövzu ilə əlaqədar oxuyun:

Avtobus sürücüsünü silahla hədələyən şəxsin kimliyi müəyyənləşib - VİDEO

S.Xankişiyeva

Paylaş:
692

Son xəbərlər

2024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42
Bütün xəbərlər