Bakıda ərazini zibilləyən şəxslərin tapılması üçün polisə müraciət olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ərazini zibilləyən şəxslərin tapılması üçün polisə müraciət olunub

18:14 - 18 / 08 / 2017
Bakıda ərazini zibilləyən şəxslərin tapılması üçün polisə müraciət olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Binəqədi rayonu, Z. Bünyadov küçəsindən Xutor istiqamətində gedən avtomobil yolunun sol tərəfində tullantıların qalaqlanması ilə bağlı şikayət daxil olub.

ETSN-nin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı Binəqədi rayonu, Z. Bünyadov küçəsindən Xutor istiqamətində gedən avtomobil yolunun sol tərəfində Eldar Babayev küçəsi 13 saylı evin yaxınlığında qarışıq istehsalat tullantıları, o cümlədən işlənmiş avtomobil təkərlərinin qalaqlandığı məlum olub.

Ərazinin tullantılardan təmizlənməsi üçün Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Azər Məmmədova icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Ərazinin əvvəlki vəziyyətə gətirilməsi məqsədilə Binəqədi Rayon İcra Hakimiyyətinə, qeyri-qanuni tullantı atan şəxsləri müəyyən etmək üçün isə Binəqədi Rayon Polis İdarəsinə müraciət olunub.

1news.az

Paylaş:
585

Son xəbərlər

Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29
Bütün xəbərlər