Kənd təsərrüfatında yeni mərhələ: idxaldan ixraca doğru – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kənd təsərrüfatında yeni mərhələ: idxaldan ixraca doğru – FOTO

14:30 - 07 / 08 / 2017
Kənd təsərrüfatında yeni mərhələ: idxaldan ixraca doğru – FOTO

İqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində qeyri-neft sektorunun inkişafının təmin edilməsi dövlətimizin əsas iqtisadi prioritetlərindəndir.

Bu məqsədlə ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində iqtisadiyyatın diversifikasiyasına nail olunması ilə yanaşı, qeyri-neft sektorunun da ümumi daxili məhsulda xüsusi çəkisi nəzərə çarpacaq dərəcədə artıb.

Ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb etdiyi üçün qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru ötən dövr ərzində iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilmiş və görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün əlverişli şərait yaradılıb.

Kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın, tütünçülüyün, baramaçılığın sürətli inkişafı, kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və emal sənayesinin genişlənməsi istiqamətində dövlət dəstəyinin gücləndirilməsi ilə əlaqədar bir sıra hüquqi aktlar, o cümlədən dövlət proqramları qəbul edilib.

Bölgələrdə lazım olan bütün infrastruktur layihələri icra edilib

2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ölkə tarixində çox böyük rolu var. Belə ki, 2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməyib.

Bölgələrdə lazım olan bütün infrastruktur layihələri icra edilib və Azərbaycan sürətli inkişaf dövrünü yaşayır.

Bütün bunları Prezident İlham Əliyev avqustun 4-də Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxışı zamanı bir daha vurğulayıb.

Qeyd olunub ki, 30-a yaxın yeni elektrik stansiyasının tikilməsi sayəsində bu gün Azərbaycan özünü elektrik enerjisi ilə təmin edir və xaricə də elektrik enerjisi ixrac edir. 

Qazlaşdırma Azərbaycanda hazırda 93 faiz səviyyəsindədir.

2004-cü ildən bu günədək 11 min kilometr yeni yollar - həm magistral, həm də kənd yolları salınıb, böyük meliorasiya layihələri icra edilib, Taxtakörpü, Şəmkirçay su anbarları, digər dəryaçalar yaradılıb, kanallar çəkilib.

Sahibkarlığın inkişafı dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir

Qeyd edək ki, hazırda ölkədə sahibkarlara böyük diqqət və qayğı göstərilir. Azərbaycanda sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilib.

Dövlət proqramında davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsində, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi nəzərdə tutulur. 

Sahibkarlığın inkişafına mane olan bürokratik amillərin aradan qaldırılması, iş adamlarının pozulmuş hüquqlarının bərpası, dövlət idarəçiliyinin müasirləşdirilməsi, özəl sektor üçün problemlər yaradan bəzi dövlət qurumlarının ləğvi ölkə başçısı İlham Əliyevin yürütdüyü iqtisadi siyasətin mahiyyətindən irəli gəlir.

Sahibkarlıq fəaliyyəti üçün xüsusi lisenziyaların alınması prosesinin sadələşdirilməsi və “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi, Vergi Məcəlləsində mütərəqqi dəyişikliklərin edilməsi də sahibkarlığın inkişafına göstərilən dəstəkdir. 

Azərbaycanın davamlı inkişafının və iqtisadi dayanıqlığının təmin olunmasında ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, bu siyasətin prioritet istiqamətlərindən olan regionların sosial-iqtisadi inkişafı proqramlarının müstəsna əhəmiyyəti var. Sahibkarlara verilən kreditlər hesabına yüz minlərlə yeni iş yeri yaradılıb.

Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək

Dövlət başçısı bildirib ki, 2004-cü ildən bu günədək Azərbaycanda yeni sosial infrastruktur yaradılıb, 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilib.

Bütövlükdə 2004-cü ildən bu günə qədər 1 milyon yarım iş yeri açılıb ki, bunun böyük əksəriyyəti daimi iş yeridir.

Hazırda Azərbaycanda işsizlik kimi bir çox ölkələri incidən, boğan sosial amil yoxdur: işsizlik 5 faiz səviyyəsindədir.

Son iki il ərzində kənd təsərrüfatı, sənaye sahələrində görülmüş çox böyük işlər sayəsində Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsinin daha da aşağı düşəcəyi gözlənilir.

Azərbaycan ərzaq məhsullarının böyük ixrac potensialına malik olacaq

Dövlətin əsas hədəflərindən biri də xaricdən ölkəmizə gətirilən kənd təsərrüfatı məhsullarının idxalını azaltmaq, ilk olaraq yerli tələbatı ödəmək və yerli məhsullarımızın dünya bazarlarına çıxarılmasını genişləndirməkdir.

Prezident İlham Əliyev də çıxışında qeyd edib ki, 2004-cü ildən başlayaraq infrastruktur layihələrinin icrası ilə bağlı qarşıda duran əsas vəzifələrdən biri ərzaq təhlükəsizliyi idi.

Bu gün ət istehsalı Azərbaycanın tələbatını demək olar ki, ödəyir. Azərbaycan özünü toyuq əti ilə 100 faiz, süd və süd məmulatları ilə təqribən 80 faiz səviyyəsində təmin edir.

“Növbəti illərdə görüləcək tədbirlər nəticəsində Azərbaycan böyük ixrac potensialına da malik olacaq.

Azərbaycanda qırxa yaxın aqropark yaradılır. Yaxın illər ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcək”- deyə, dövlət başçısı qeyd edib.

Azərbaycan xam pambıq, mahlıcla yanaşı, hazır məhsul da ixrac edəcək

Son illər dövlət tərəfindən sosial infrastruktura, ərzaq təhlükəsizliyinə, məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasına, ordu quruculuğuna milyardlarla vəsait qoyuldu. Ona görə, texniki bitkilərin inkişafı bir qədər diqqətdən kənarda qalmışdı. Bu sahələrə göstərilən diqqət nəticəsində cəmi iki il ərzində dönüş yarandı.

2015-ci ildə cəmi 17 min hektarda pambıq əkilirdisə, bu il əkin sahələri 136 min hektara çatdı. İstehsal da buna uyğun şəkildə artır və artacaq.

Nəinki xam pambıq, mahlıc, eyni zamanda, Mingəçevirdə yaranmaqda olan böyük yüngül sənaye kompleksinin fəaliyyətə başlaması nəticəsində Azərbaycan hazır məhsul ixrac edəcək.

Dövlət strateji kənd təsərrüfatı sahələrinin inkişafı üçün öz dəstəyini davam etdirəcək

Prezident İlham Əliyev çıxışında dövlətin strateji kənd təsərrüfatı sahələrinin inkişafı üçün öz dəstəyini davam etdirəcəyini söyləyib. Onun sözlərinə görə, bu sahələrin inkişafı həm də sosial layihədir, bu sahələr böyük məşğulluq potensialına malikdir:

“Azərbaycanda tütünçülük, baramaçılıq, fındıqçılıq sahələri ilə bağlı  çox böyük və zəngin ənənələr vardır. Bu sahələr uğurla inkişaf edəcək, həm fermerlər, həm də dövlət daha böyük fayda götürəcək.

Fındıqçılıq çox gəlirli və valyuta gətirən bir sahədir, fındıq istehsalı ilə bağlı bütün proseslər ölkəmizdə aparılmalıdır.

İki il ərzində 18 min hektarda yeni fındıq bağları salınıb.

Ötən il ölkədə fındıq istehsalı 34,3 min ton olub. İstehsalçılar 25 minə yaxın ev təsərrüfatını və 22 fındıq emalı müəssisəsini əhatə edir.

80 min hektar sahədə fındıq bağlarının salınması qarşıdakı dövrdə əsas hədəfdir”.

Tütün istehsalçılarına güzəştli kreditlər veriləcək

Prezident İlham Əliyevin çıxışında toxunduğu məsələlərdən biri də tütünçülüyün inkişafı ilə bağlı oldu. Artıq 13 rayonda tütün əkini aparıldığını deyən dövlət başçısı diqqətə çatdırıb ki, 2016-cı ildə 3,6 min ton tütün tədarük olunub. Bu il tütün əkini sahələrinin 3 min hektara çatdırılması planlaşdırılır.

“Tütün istehsalçılarına güzəştli kreditlər verilməlidir” deyən İlham Əliyev bildirib ki, hər rayonda tütün qəbulu məntəqələri və qurutma kameraları yaradılmalı, tütünün ixracı ilə bağlı bazarlar müəyyən olunmalı, ölkədə müasir siqaret istehsal edən fabriklər fəaliyyətə başlamalıdır.

O 2021-ci ilə qədər tütün əkininin daha da genişləndirilməli olduğunu deməklə yanaşı, tütünçülüklə bağlı çox ciddi proqramın qəbul ediləcəyini də diqqətə çatdırıb.

Gələn ay ipək xalçaları üçün ipliyin istehsalına başlanacaq

Prezident İlham Əliyev baramaçılığın inkişafından da danışıb. Fermerlər, kəndlilər tərəfindən baramaçılığa çox böyük marağın olduğunu deyən dövlət başçısı qeyd edib ki, dövlət  baramaçılığın inkişafı ilə bağlı hər şeyi öz üzərinə götürüb, bütün lazımi materiallar, subsidiyalar verilir, tinglər əkilir:

“Kümçülər 30-40 gün ərzində yaxşı gəlir əldə edirlər. Ötən il Azərbaycanda 70,7 ton yaş barama, 8,3 ton xam ipək istehsal olunub. Bu ilin sentyabrından ipək xalçaları üçün ipliyin istehsalına başlanacaq.

Hazırda 30 rayonda barama istehsal olunur. Gələn il 500 ton , 2025-ci ilə qədər  6 min ton barama tədarükü gözlənilir.

Damazlıq barama təsərrüfatlarının fəaliyyətinin yaxşılaşdırılması üçün qəbul məntəqələri və yeni ipək kombinatı yaradılmalı, “Şəki İpək” ASC-nin fəaliyyəti daha da gücləndirilməlidir”.

Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb

Ölkə iqtisadiyyatının inkişaf etdiyini deyən Prezident İlham Əliyev bildirib ki, ilin altı ayının nəticələrinə əsasən, qeyri-neft iqtisadiyyatı, qeyri-neft sənayesi artıb. İxrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb:

“Azərbaycan 6 ayda valyuta ehtiyatlarını nəinki qoruya bilib, görülmüş tədbirlər, düşünülmüş iqtisadi siyasət nəticəsində 3 milyard dollar əlavə valyuta gəlib.

Azərbaycana birinci altı ayda 5 milyard investisiya qoyulub. Makroiqtisadi sabitlik təmin edilib. Manatın məzənnəsi sabitdir.

Azərbaycanda idxaldan asılılığı azaltmaq, daxili tələbatı yerli istehsal hesabına təmin etmək və ixrac imkanlarını genişləndirmək üçün qəbul edilmiş proqramlar uğurla icra edilir.

Həyata keçirilən tədbirlər ilk növbədə əhalinin rifah halının yaxşılaşmasına və qeyri-neft sektorunun inkişafına xidmət edir”.

Rövşən Rzayev: kənd təsərrüfatının inkişafı Azərbaycana çox böyük uğurlar vəd edir

Millət vəkili Rövşən Rzayev bildirib ki, Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair Qaxda keçirilən respublika müşavirəsi böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, müşavirədə qeyd edilən sahələr üzrə əldə olunmuş nəticələrin açıqlanması qeyri-neft sektorunun inkişafını, qarşıya qoyulan hədəflərə nail olunduğunu göstərdi.

R.Rzayev vurğulayıb ki, dövlət başçı tərəfirndən qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafına böyük diqqət yetirilir: “Bu sahənin inkişafı birbaşa cənab Prezidentin nəzarəti altındadır. Azərbaycanda kənd təsərrüfatı  sahəsi böyük potensiala malikdir. Bütün bölgələrimizdə çox münbit, əkinçilik üçün faydalı torpaqlar var. Bu gün bilirsiniz ki, dünya bazarlarına Azərbaycan brendi adı altında məhsullar çıxarılmağa başlayıb.

Dövlət başçısı da müşavirədə vurğuladı ki, biz xarici bazarlara öz hazır məhsulumuzla çıxmalıyıq. Ümumiyyətlə, xarici bazarlara çıxış ən mühüm və vacib məsələdir. Bu gün Azərbaycan iqtisadiyyatının prioritetlərindən biri də ondan ibarətdir ki, Azərbaycan brendi xarici bazarlara çıxsın, satılsın və ölkəyə valyuta ehtiyatları daxil olsun. Düşünürəm ki, bu istiqamətdə atılan addımlar öz bəhrəsini verəcək”.

Millət vəkili əlavə edib ki, Prezidentin kənd təsərrüfatı  sahəsinə xüsusi diqqət yetirməsi, mütamadi olaraq bu sahəyə dəstəyi, fermerlərə yaradılan şərait insanları daha da ruhlanadırır:

“Bütün bu tədbirlər insanların, fermerlərin gündəlik həyatını yaxşılaşdırmaq istiqamətində atılan addımlardır. Eyni zamanda Azərbaycanın büdcəsinə böyük xeyir gətirən sahədir. Məlumdur ki, neft sektoru Azərbaycanın əsas gəlir mənbəyidir. Amma eyni zamanda dünyada gedən proseslərə nəzər salsaq, təbii ki, kənd təsərrüfatının inkişafının Azərbaycana çox böyük uğurlar vəd etdiyini görə bilərik. Bu səviyyədə dəstək onun göstəricisidir ki, həmin nəzərdə tutulan uğurlar daha tez və daha şəffaf şəkildə, uğurla həyata keçəcək. Qeyd edilən istiqamətində çox uğurlu addımlar atılır və hər birimiz bunu dəstəkləyirik. Azərbaycanın tütünçülük, fındıqçılıq, baramaçılıq və digər sahələrdə böyük uğurlara imza atacağına hamımız inanırıq”.

Millət vəkili hesab edir ki, ölkəmizə investisiya qoyuluşuna da maraq artmaqdadır:

“Azərbaycan münbit torpaqlara malikdir. Dünyada aparıcı dövlətlər var ki, kənd təsərrüfatı istiqamətində uğurlar əldə ediblər. Həmin dövlətlərlə birgə müəssisələrin yaradılması və yaxud onların Azərbaycanın kənd təsərrüfatı sahəsinə yatırım etmələri gözləniləndir. Bu, ölkəmizə uğurlar gətirəcək. Azərbaycan nəinki fındıq, tütünçülük, baramaçılıq, digər sahələrdə də böyük uğurlar əldə edə bilər. Bu taxılçılıq, üzümçülük, çuğundur və s. sahələrdir.

Azərbaycanda çayçılıq da çox mühüm rol oynaya bilər. Mən Prezidentə belə vacib sahəyə göstədiyi diqqətə  və birbaşa nəzarətinə görə çox sağ ol demək istəyirəm. Dövlət fermerə dəstək verir, subsidiyalar ayırır, vergi münasibətləri tənzimlənilir. Bu gün qeyri- neft sektorunun əsas sahələri olan da kənd təsərrüfatının, turizmin inkişafı gələcək üçün böyük ümidlər verir”.

P.Sultanova, B.Cahandarov

Paylaş:
2543

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər