İstivurma zamanı nə etməli? | 1news.az | Xəbərlər
Cəmiyyət

İstivurma zamanı nə etməli?

22:45 - 20 / 07 / 2017
İstivurma zamanı nə etməli?

Havanın yüksək hərarəti bəzən orqanizmdə müəyyən fəsadlara, o cümlədən istivurmaya səbəb olur. İstivurma orqanizmin ümumi isinməsi, bədən hərarətinin yüksəlməsi, tər ifrazının kəsilməsi və huşun itməsi ilə müşayiət olunur. Günvurma isə istivurmanın xüsusi forması olub günəş şüasının birbaşa baş nahiyəsinə düşməsi nəticəsində yaranır.

1news.az xəbər verir ki, həmin hallarla əlaqədar həkim-fitoterapevt Esmira Zeynalova AZƏRTAC-a məlumat verib.

“İstivurmaya daha çox hərarəti çox yüksək olan istehsalatlarda, həmçinin dəridən istiliyin xaric olması pozulan hallarda rast gəlinir. İstivurmaya şərait yaradan hallar arasında ağır fiziki iş, hava keçirməyən paltarlar, rütubətin çox olması və havanın durğunluğu başlıca yer tutur. İstivurmanın ilkin əlamətləri oyanıqlıq, güclü başağrısı, ürəkbulanma və qusma hallarıdır. Xəstənin vəziyyəti ağırlaşdıqca bədən hərarətinin yüksəlməsi, dərinin solğunlaşması, tər ifrazının tam kəsilməsi, qusma, dərinin isti və quru olması, bəzən də qulaqların batması və huşun itməsi kimi qorxulu əlamətlər yaranır,”- deyə cavab verən həkim istivurmanın formaları barədə deyib: " İstivurmanın ağırlıq dərəcəsi təkcə ətraf mühitin temperaturundan deyil, istiliyin orqanizmə təsir müddətindən də asılıdır. Uzun müddət 40 dərəcə hərarətdə qalanda da həmin hal baş verə bilər. İstivurmanın klinik şəkli beyin qan dövranının kəskin pozulmasını xatırladır. Yüngül formalı xəstədə adinamiya (hərəkətsizlik), başağrıları, ürəkbulanma, tənəffüsün tezləşməsi, ürəkdöyünmə baş verir. Xəstə üçün maksimal rahatlıqlı şərait yaradanda hipertermiya əlamətləri tez ötüb keçir", - deyə həkim bildirib.

İstivurma zamanı vacib olan ilkin yardım barədə həkim məsləhət görüb: "Zərərçəkənə yardım göstərmək üçün, ilk növbədə, onu sərin otağa və ya kölgəlik yerə yerləşdirmək, yerə və ya çarpayıya uzatmaq, ona çoxlu maye içirmək lazımdır. Yaxşı olar ki, ona qlükoza-duz məhlulu və ya sadə şərbət verilsin. Bunun üçün hərəsindən yarım çay qaşığı xörək duzu və çay sodası, 2 xörək qaşığı şəkər tozu 1 litr qaynadılmış suda həll edilir. Xəstənin dərisini buz parçaları ilə silmək və ya soyuq su ilə yumaq məsləhətdir. İstivurma əlamətləri görünən kimi başa, sinəyə və qarına soyuq islatmalar qoymaq, alına və gicgahlara nanə və ya lavanda cövhəri sürtmək lazımdır. İlk 2-3 saat ərzində xəstəyə fizioloji məhlul vurulmalı, tənəffüsün pozulması hallarında buruna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırılmalıdır. Pişikotu dəmləməsi və ya pişikotu cövhəri də zərərçəkənə müsbət təsir göstərir".

1news.az

Paylaş:
805

Son xəbərlər

“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13DTX rəisi: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”Bu gün, 10:10Tibbi tullantılarla təhlükəsiz davranış – sağlam gələcəyin zəmanətidirBu gün, 10:00Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb - FOTO - VİDEOBu gün, 09:59Əli Nağıyev: Ötən il DTX tərəfindən 340 şəxs barədə 190 cinayət işinin ibtidai istintaqı aparılıbBu gün, 09:51Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcəkBu gün, 09:47Dörd rayonda qaz kəsiləcəkBu gün, 09:33
Bütün xəbərlər