Lapşin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən xəbərdar olduğunu etiraf edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Lapşin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən xəbərdar olduğunu etiraf edib

15:24 - 03 / 07 / 2017
Lapşin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən xəbərdar olduğunu etiraf edib

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

1news.az-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda ifadə verən A.Lapşin

A.Lapşin ittiham aktına münasibət bildirərək günahsız olduğunu bir daha bəyan edib:

“Özümü günahkar saymıram. Hesab edirəm ki, Dağlıq Qarabağa səfərlərim turistik xarakterli olub. Buna görə də səfərlərimi şəxsi bloqumda işıqlandırırdım. Həm də səfərlərim zamanı Qarabağda heç bir rəsmi şəxslə görüşməmişəm”.

Lapşin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən xəbərdar olduğunu da etiraf edib.

Sonra şahidlər ifadə veriblər. 

Şahid Eyyub Əbdüləzimov Şuşadan məcburi köçkün olduğunu, A. Lapşini məqalələrinə görə mətbuatdan tanıdığını deyib: "Mənim Şuşada mülklərim var. Bu torpaqlar ata-baba yurdumdur. Lapşin isə Qarabağa gedərək, mənim doğma yurdumu müstəqil erməni dövləti kimi təqdim edib. Halbuki bu ərazilər Azərbaycanın torpaqlarıdır. Ermənilər Şuşada mənim mülkümü işğal edib. Heç kimin Azərbaycanın sərhədlərini pozmağa ixtiyarı yoxdur. Buna görə məhkəmədən Lapşinə lazımi cəza verilməsini istəyirəm".

Şahid Fəxrəddin Səfərov da işğala qədər Şuşada yaşadığını və orada geniş mülk sahibi olduğunu deyib. O bildirib ki, A. Lapşin bütün azərbaycanlıların heysiyyətinə toxunub: "Mənim babamın babası da Şuşada doğulub. Bu yerlər əzəli Azərbaycan torpağıdır. Mətbuatdan bilirdim ki, Lapşin Azərbaycanın əleyhinə danışır. Mən Qarabağda döyüşmüşəm. Orada ermənilər 6 yaşında qıza təcavüz ediblər. Lapşin isə işğalçıları, təcavüzkarları müdafiə edərək, bizim haqqımızı pozur. Buna görə əməlini etiraf etməlidir".

Sonra elan olunub ki, növbəti iclasda Lapşinin anasının şahid qismində çıxışı nəzərdə tutulub.

Lapşinin işi üzrə növbəti iclas isə iyulun 6-na təyin olunub.

Qeyd edək ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib.

Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A. Lapşin Belarusda saxlanılıb. Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb.

A. Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk şəhər Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb. Bu qərardan isə Ali Məhkəməyə şikayət verilib. Ali məhkəmə şikayəti təmin etməyib.

Babək Cahandarov

Paylaş:
667

Son xəbərlər

COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19
Bütün xəbərlər