Mingəçevirin “Günəşli” yaşayış massivini sel basıb, evlər su altında qalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mingəçevirin “Günəşli” yaşayış massivini sel basıb, evlər su altında qalıb

20:38 - 24 / 06 / 2017
Mingəçevirin “Günəşli” yaşayış massivini sel basıb, evlər su altında qalıb

Mingəçevir şəhərinə yağan güclü leysan yağışlarından sonra əmələ gələn sel suları ciddi fəsadlar törədib.

1news.az-ın  APA-ya istinadən məlumatına, Boz dağdan gələn sel suları Mingəçevir şəhərinin şimalındakı “Günəşli” bağ massivində 120-dən çox fərdi yaşayış evinə ziyan vurub. Evləri su basıb, küçələrdə, həyətyanı sahələrdə keçilməz su gölməçələri və lil qatı əmələ gəlib. Təbii fəlakət zamanı yerli sakinlərin tərəvəz bitkiləri və ev quşları da tələf olub.

 Hazırda yaşayış massivinin 13, 14 və 15-ci küçələrində vəziyyət daha da acınacaqlıdır. Yerli sakin Şəhla Cəfərzadənin sözlərinə görə, onun mənzilinin içərisi tamamilə lil və sel suları ilə dolduğu üçün 3 uşağı ilə birgə evi tərk edib. Əraziyə FHN-nin əməkdaşları baxış keçirib. Sel suları evi qəzalı vəziyyətə saldığı üçün ailə üzvləri başqa mənzilə yerləşdirilib. Sel suları Tahir Zakirovun mənzilinə də ciddi ziyan vurub.

 Yerli sakinlər selin fəsadlarının ağır olmasını “Günəşli” yaşayış massivindən keçən su kanalının çəkilişi zamanı nöqsanlara yol verilməsi, su ötürücülərinin lil və çöküntülərlə dolması səbəbindən baş verdiyini bildirirlər.

 Hazırda ərazidə selin fəsadlarının aradan qaldırılması üçün işlər görülür.

1news.az

 

 

Paylaş:
845

Son xəbərlər

Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07
Bütün xəbərlər