Azərbaycanda unikal əməliyyat – Xəstəyə dil tikildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda unikal əməliyyat – Xəstəyə dil tikildi

10:16 - 20 / 06 / 2017
Azərbaycanda unikal əməliyyat – Xəstəyə dil tikildi

Bu günlərdə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında dildə bəd xassəsəli şişlə bağlı mürəkkəb əməliyyat icra olunub. Əməliyyat zamanı xəstənin dili, boynundakı limfa düyünləri çıxarılsa da, bədənin digər hissəsindən dil və dilaltı nahiyə əvəzləyicisi formalaşdırılıb.

1news.az-a  ATU-nun mətbuat xidmətindən bildirilib ki, klinikanın ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri tibb üzrə fəlsəfə doktoru Məhəmməd Davudovun sözlərinə görə, 62 yaşlı qadın xəstə dilin törəməsi ilə bağlı müraciət edib:

“Dilində bədxassəli şişi olan bu xəstə əvvəllər müalicə alıb, hətta əməliyyat olunub. Dilinin bir hissəsi, boynundakı limfa düyünləri götürüldükdən sonra xəstə şüa müalicəsinə göndərilib, 8 ay müddətində özünün həyatına davam edib. Bu xanım bundan öncə də bağırsaq xərçəngi ilə əlaqədar kimyəvi dərman və şüa müalicəsi alıb. Yəni, ümumi onkoloji xəstədir”.

Lakin bu günlərdə həmin qadının dilində yenə kəskin ağrılar baş qaldırıb. M.Davudov bildirir ki, müayinələr nəticəsində xəstənin dilinin digər tərəfində də şişin yayılması, törəmənin massiv şəkildə bütün dili tutduğu aşkarlanıb.

“Onkoloqlarla konsultasiyadan sonra belə qərara gəlindi ki, xəstədə şüa terapiyası artıq mümkün deyildi, kimyəvi dərman müalicəsi heç bir effekt vermirdi. Burda yeganə çıxış cərrahi əməliyat görüldü. Cərrahi əməliyyat daha  radikal şəkildə icra olunmalıydı - dil tam şəkildə götürülməli idi. Təbii ki, dilin tam götürülməsi texniki cəhətdən çətinlik törətmir. Amma əsas məsələ - əmələ gələcək defektin bərpası idi.  Konsulium nəticəsində dili və dilaltı nahiyəni götürdükdən sonra əmələ gəlmiş geniş həcmli bir defektin sərbəst damar ayaqcıqlı toxuma ilə aradan qaldırılması planlaşdırıldı”.

Beləliklə, xəstə əməliyyata götürülüb. Xəstənin əməliyyatdan sonrakı qidalanma probleminin aradan qaldırılması üçün onda eyni zamanda perkutan endoskopik qastrostomiya əməliyyatı da icra olunub: “Bir sıra inkişaf etmiş ölkələrdə belə xəstələrin əməliyyatdan sonrakı qidalanmasında problemi aradan qaldırmaq üçün məhz bu üsuldan istifadə edirlər. Xəstə klinikanın ümumi cərrahları tərəfindən əməliyyat olunub. Hazırda xəstənin qidalanması bərpa olunur, ona istənilən qidanı vermək mümkündür. Bu isə yaraların sağalması, xəstənin yaxşılaşdırılması üçün çox mühüm bir şərtdir”.

Həkim bildirir ki, bu mürəkkəb əməliyyat 7 saat davam edib. Boyundakı damarların anestomozu hazırlanıb. Belin arxa yan hissəsi (belin eninə əzələsi) buradakı arterial və vena damarlarla birlikdə kəsilib, həmin damarlarla  boyundakı damarlara anestomoz qoyulub:

 “Torakodokzal arteriya və vena dediyimiz damarlarla yuxarı qalxanvari arteriya və yuxarı qalxanvari vena arasında anestomoz qoyuldu. Götürülmüş dəri əzələ diliminin köməyilə həm dil, həm də ağızdibi nahiyə formalaşdırıldı və tikildi. Xəstə təxminən bir həftə müddətində şöbəmizdə stasionar müalicədə oldu. Bu əməliyyatın özəlliyi sadəcə əməliyyatın texniki cəhətdən uğurla başa çatmasında deyil, eyni zamanda əməliyyatdan sonraki konservativ müalicənin davam etdirilməsidir. Tədris Cərrahiyyə Klinikası və bizim şöbəmiz, rezidentlərimiz bu sahədə həm fəaldırlar, həm də artıq peşəkarlaşıblar. Onların zəhməti nəticəsində bizim köçürdüyümüz toxumada heç bir problem olmadı”.

Qeyd edək ki, xəstə artıq özü gəzib yeyə bilir. Onu evə buraxıblar. Müəyyən müddətdən sonra xəstənin danışığı da bərpa olunacaq.

1news.az

 

 

 

Paylaş:
600

Son xəbərlər

Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00
Bütün xəbərlər