Avtomobil sənayesində “geri çağırış” nədir? | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtomobil sənayesində “geri çağırış” nədir?

14:55 - 19 / 05 / 2017
Avtomobil sənayesində “geri çağırış” nədir?

Avtomobil sənayesində baş verən hadisələrlə maraqlananlar böyük avtomobil istehsalçılarının təşkil etdiyi “geri çağırış” və ya “Xüsusi Servis Kampaniyası” adlı bir termindən, yəqin ki, xəbərdardılar.

Avtobiznes sahəsində bir o qədər də fəal olmayan insanlar da bu fenomen haqqında eşitməmiş olmazlar. Beləliklə, “geri çağırış” nədir və bu prosedurun məğzi nədən ibarətdir?

Avtomobil istehsalçıları bəzən artıq istismara verilmiş və satılmış avtomobillərin detal və ya komponentlərində “zəif yerlər” aşkar edirlər – onlar avtomobillərin sıradan çıxmasına və ya nasazlığa gətirib çıxara bilər. Korporasiyalar müştərilərin qarşısında avtomobillərinin keyfiyyətinə görə məsuliyyət daşıdıqlarına görə, onlar həmin avtomobilləri profilaktik işlər məqsədilə geri çağırırlar.

Beləliklə, “geri çağırış” yoxlama və müəyyən detalların dəyişdirilməsi məqsədilə qaytarma prosesini nəzərdə tutur. Bu proses həmin nəqliyyat vasitələrində mümkün ola biləcək nasazlıqların qarşısını almaq imkanı verir. Bununla yanaşı, geri çağırılan avtomobilin zəmanətdə olub-olmamasından asılı olmayaraq, həmin avtomobilin sahibi üçün təmir pulsuz həyata keçirilir.

Konstruksiyanın daima təkmilləşdirilməsi və avtomobillərin elektron sistemlərinin mürəkkəbləşməsi səbəbindən geri çağırış kampaniyalarının sayı da müvafiq olaraq artır.

Ümumilikdə, geri çağırış problemin mütləq deyil, yalnız mümkün olduğundan xəbər verir. Bizim halda, geri çağırış istehsalçı tərəfindən həyata keçirilən və istehlakçının gələcəkdə müəyyən problemlə üzləşə biləcəyinin qarşısını alan bir prosedurdur. Nəqliyyat vasitələrinin geri çağırışı müasir dünyada tam normal bir təcrübədir.

Avtomobil sənayesində baş verən hadisələri diqqətlə izləyənlər, şübhəsiz ki, ən çox danışılan geri çağırışlardan biri, yəni “Takata” təhlükəsizlik yastıqları ilə bağlı hadisədən xəbərdardılar.

 “Takata” təhlükəsizlik yastıqlarında mümkün olan qüsurlarla bağlı geri çağırışların ilk kütləvi dalğası iki il bundan əvvəl baş verdi. Bu sanki bir epidemiya idi və demək olar ki, bütün nəqliyyat vasitələrinə təsir etdi. Bu faktla bağlı BMW, Toyota, Nissan, Honda, Mazda və Fiat Chrysler kimi istehsalçılar geri çağırışlar həyata keçirdi. Adı çəkilən konsernlərin sonuncusu 4 milyondan çox nəqliyyat vasitəsini geri çağırdı. Və bu heç də təəccüblü deyil, çünki “Takata” təhlükəsizlik yastıqlarının qlobal təchizatçısıdır – dünya üzrə beş avtomobildən biri həmin brendin təhlükəsizlik yastıqları ilə təchiz olunub.

2017-ci ilin mart ayında Toyota şirkəti ikinci geri çağırış dalğasını elan etdi. Toyota brendi Azərbaycanda böyük populyarlığa malik olduğu üçün böyük ehtimal var ki, burada istismar edilən Toyota və Lexus avtomobilləri geri çağırılan avtomobillər sırasında ola bilər. Bu səbəbdən zənn edirik ki, bu məlumat Toyota-nın azərbaycanlı istehlakçılarını maraqlandıra bilər. Və məhz buna görə də biz Toyota-nın rəsmi nümayəndəliyi ilə, daha dəqiq olsaq – şirkətin ictimaiyyətlə əlaqələr üzrə menecerilə əlaqə saxladıq. O, müəyyən modellərin geri çağırış faktını təsdiq etdi:

“Biz dəqiqləşdirmək istərdik ki, geri çağırış əksər hallarda hansısa problemin mövcudluğunu nəzərdə tutmur; geri çağırışın məqsədi mümkün nasazılıqların qarşısını almaqdır. Qeyd etmək lazımdır ki, Toyota şirkətində geri çağırışların idarə olunması prosesi çox yüksək səviyyədə təşkil olunur. Distribüter rəsmi dilerlərin satdıqları geri çağırılan avtomobillər barədə təsdiqlənmiş məlumatı alan kimi, həmin məlumat ani olaraq yerli nümayəndələrə ötürülür, onlar isə öz növbələrində avtomobillərin sahibləri ilə əlaqə saxlayırlar. Bundan sonra dilerlə görüş qabağı kommunikasiya prosesi başlayır və geri çağırış proqramı çərçivəsində sonrakı xidmətlər göstərilir.

Onu da qeyd etmək vacibdir ki, müştəri ilə əlaqə saxlamaq yalnız dilerdə həmin müştərinin yenilənmiş əlaqə məlumatı olduğu halda mümkün olacaq, bu da o deməkdir ki, növbəti görüş zamanı dileri əlaqə məlumatının dəyişilməsi ehtimalından məlumatlandırmaq lazımdır.

Qeyd edək ki, Toyota avtomobillərin yoxlama prosesini asanlaşdırmaq üçün böyük addım atıb. Müştərilərə maksimal rahatlıq təqdim etmək üçün hazırlanmış xüsusi proqram onlara öz avtomobillərinin cari statusunu yoxlamaq imkanını verir. Avtomobil sahibi unikal VIN-kod vasitəsilə avtomobilinin geri çağırılan nəqliyyat vasitələrinin siyahısında olub-olmadığını müəyyən edə bilər. Bu məqsədlə müştəri şirkətin rəsmi veb-saytına daxil olub “Xüsusi Servis Kampaniyaları” bölümündə www.toyota.az/vincheck yuxarıda qeyd olunan kodu daxil etməlidir. Avtomobilləri ikinci əl bazarında və ya digər ölkədə almış müştərilərə gəldikdə, mövcud geri çağırış kampaniyalarının olması barədə məlumatı əldə etmək üçün VIN-kodu aşağıdakı e-poçt ünvanına göndərə bilərlər: [email protected]. Geri çağırılan avtomobillərin siyahısı mütəmadi olaraq yeniləndiyinə görə Toyota və Lexus sahiblərinə həmin siyahını vaxtaşırı yoxlamağı tövsiyə edirik.

Müəyyən avtomobilin VIN-kodu Qlobal geri çağırış sistemində aşkar olunduğu halda (alış arealından asılı olmayaraq), həmin nəqliyyat vasitəsinin sahibi zəruri işlərin aparılması üçün Toyota-nın Azərbaycandakı rəsmi dilerlərindən birinə müraciət etməlidir: Toyota Bakı Mərkəzi, Toyota Abşeron Mərkəzi və Toyota Gəncə Mərkəzi. Bir daha xatırladaq ki, “geri çağırış” işlərin pulsuz görülməsini və detalların kampaniyanın texniki sənədləşməsinə uyğun olaraq dəyişdirilməsini nəzərdə tutur”.

Reklam hüququnda

Paylaş:
910

Son xəbərlər

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər - VİDEOBu gün, 12:23Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşibBu gün, 12:17Aprelin 21-də imtahan verəcək şagirdlərin sayı açıqlanıbBu gün, 11:37Bakıda bir yolda hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏBu gün, 11:29Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldıBu gün, 11:22Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Şüşə sındı - VİDEOBu gün, 11:12Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunubBu gün, 11:03
Bütün xəbərlər