Dünyanın gələcək taleyi və dayanıqlı inkişaf hədəfləri | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünyanın gələcək taleyi və dayanıqlı inkişaf hədəfləri

12:21 - 10 / 05 / 2017
Dünyanın gələcək taleyi və dayanıqlı inkişaf hədəfləri

Qloballaşan dünyada yeni inkişaf tendensiyalarının cəmini özündə ehtiva edən və inkişaf etmiş və etməkdə olan dövlətlərin sosial - iqtisadi strategiyaları hazırlanarkən istinad edilən dayanıqlı inkişaf konsepsiyası ilk dəfə 1987-ci ildə BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Dünya Komissiyası tərəfindən hazırlanan “Brundtland arayışında” öz əksini belə tapıb:

“Dayanıqlı inkişaf: mövcud olan resursların bu günkü nəsillər tərəfindən məqsədyönlü şəkildə istifadə edilərək gələcək nəsillərə ötürülməsidir.”

Başqa sözlə, bu konsepsiya insan təfəkküründə illər boyu kök salan - “Gələcəyi gələcək nəsil  düşünsün” -  şüurunu birmənalı şəkildə təkzib edərək dünyanın gələcəyinin bu gündən başladığını bəyan edir. Daha sonra, 1992- ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) təşəbbüsü ilə Rio- de- Janeyro şəhərində keçirilən beynəlxalq konfransda dünya qarşısında duran əsas problemlər, inkişaf çağırışları, ölkələr arasındakı mövcud fərqin minimuma endirilməsi və ümumilikdə dayanıqlı inkişafın əsas göstəriciləri ətraflı şəkildə müzakirə edilib və dövlətlərin  iqtisadi inkişafa ətraf mühitin qorunması ilə bağlı layihə və strategiyalar vasitəsilə nail olmasına səslənib.

Sözügedən qlobal problemlərin aradan qaldırılması istiqaməntində “Yer problemləri üzrə yüksək səviyyəli görüş” adlı beynəlxalq konfrans keçirilib və “Dayanıqlı inkişaf ” konsepsiyasının qəbul edilməsi ilə yadda qalıb. Qəbul edilən bu konsepsiya ətraf mühitlə bağlı problemlərin həll edilməsi istiqamətində çalışan bütün ekoloji təşkilatların fəaliyyət istiqamətini müəyyənləşdirdi.

Rio Sammiti bəşəriyyətin üzləşdiyi (gələcəkdə də üzləşmə ehtimalının olduğu) qlobal məsələlərə toxunub və belə demək mümkünsə,  “XXI əsrin yol xəritəsini”nin konturlarını çizərək bu anlayışla bağlı fikirlərə aydınlıq gətirib. Bəzən, dayanıqlı inkişaf dedikdə yalnız iqtisadi dirçəlmə, ÜDM-un artımı kimi  göstəricilər nəzərdə tutulmasına baxmayaraq, bu konsepsiya sosial, iqtisadi və ekoloji inkişaf anlayışlarının vəhdətindən meydana gələn yeni fenomendir.

2000 - ci ilin sentyabr ayında Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin (MİM) təsbit edildiyi Minilliyin Bəyannaməsini qəbul edib. MİM ifrat yoxsulluqsəviyyəsinin azaldılması, aclığa son qoymaq, gender bərabərliyi kimi 8 qlobal xarakterə malik öhdəlikləri özündə ehtiva edir. MİM- in həyata keçirilməsi üçün son müddət - 2015 ci il – həm də bu öhdəliklərdən irəli gələn qlobal və milli tematik, ikitərəfli və çoxtərəfli formatda olan milli məsləhətləşmə prosesləri çərçivəsində keçirilən görüşlərlə yadda qaldı. Görüşlər zamanı ötən illər ərzində əldə edilmiş nəaliyyətlər qiymətləndirildi və növbəti səkkiz ildə Azərbaycanda ÜDM-un həcmini iki dəfə artırmaq və ölkəni yüksək gəlirli dövlətlər sırasına daxil etmək kimi prioritetlərin reallaşdırılmasıqarşıya məqsəd qoyuldu.

Çoxsaylı müzakirələrdən sonra 2016-  2030-cu illəri əhatə edəcək, 17 qlobal hədəfi əks etdirən Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi qərara alındı. Bu məqsədlər özündən əvvəlki MİM-də əksini tapan qlobal prioritetlərin daha təkmilləşdirilmiş versiyasıdır. Azərbaycan da BMT-yə üzv olan dövlətlərin Dayanıqlı İnkişaf Sammitində bu məqsədlərə qoşuldu və DİM-dən irəli gələn öhdəliklərin həyata keçirilməsi istiqamətində fəaliyyətə başladı. 2016- cı il yanvar ayında qüvvəyə minən DİM bəyannaməsi  növbəti 5 il ərzində həyata keçiriləcək hədəfləri müəyyənləşdirməklə, ümumilikdə 2030-cu ilədək dünyada  qlobal iqtisadi rifaha, sosial inkişafa və ətraf mühitin qorunmasına nail olmağı hədəfləyir.

2015- ci ilədəkdayanıqlı inkşaf sahəsində Azərbaycan əsasən BMT tərəfindən müəyyən edilmiş “Minilliyin İnkişaf Məqsədləri”-ni rəhbər tutaraq yoxsulluğun aradan qaldırılması, elm, mədəniyyət və səhiyyə sahələrinin inkişaf etdirilməsi,yenilənəbilən enerji mənbələrinin istifadəsi və bu sahələrə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi istiqamətində humanitar və texniki təyinatlılayihələr həyata keçirib. Minilliyin bəyannaməsini qəbul etdikdən  sonra da Azərbaycan sosial, iqtisadi və mədəni sahələrdə önəmli nailiyyətlərə imza atıb.

Yaxın keçmişə nəzər salsaq, instusional islahatların səmərəliliyinin artırılması və ölkə əhalisinin keyfiyyətli xidmətlə təmin edilməsi baxımından Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi - “ASAN xidmət” strukturunun yaradılması, Prezident İlham Əliyevin 11 aprel 2016-cı il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin əsasının qoyulması və  əhalinin aztəminatlı kəsiminin sosil mənzillərlə təmin edilməsi bu qəbildən olan nəaliyyətlər sırasındadır.

Son illər, Azərbaycanda sosial və iqtisadi  sahələrdəki  inkişaf iqtisadiyyatın şaxələndirilməsi istiqamətində qəbul edilən qərarlar konteksindən analiz edilir. Sözsüz ki, bu istiqamətdə orta və kiçik sahibkarlıq fəliyyətinə dövlət tərəfindən göstərilən dəstək  və sahibkarlıq fəaliyyətinin tənzimlənməsi yönündə atılan addımlar öz mütərəqqiliyi ilə seçilir. Ötən illər ərzində sahibkarlığa Kömək Milli Fondu tərəfindən 32 mindən çox sahibkarlıq subyektinə 1,9 milyard manatdan çox güzəştli kredit verilib. Həmçinin, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”-nin  yaradılması, sahibkarlıq  fəaliyyətinin şəffaflaşdırılması və sənədləşmə prosesinin asanlaşdırılması daxili investorların fəaliyyətə təşviq edilməsi ilə yanaşı, eyni zamanda, xarici sərmayənin da cəlb edilməsinə şərait yaradır. Bu baxımdan, xarici sərmayənin cəlb edilməsi çağırışlarının öz aktuallığını qoruduğu hazırkı dövrdə, həyata keçirilən adekvat tənzimləmələrlə Azərbaycan regionda etibarlı tərəfdaş kimi çıxış edir.

Ölkədə biznesin inkişafı üçün münbit şəraitin olması və yatırıma ehtiyac duyulan sahələrin çoxluğu xarici sərmayəçilər üçün son dərəcə əlverişlidir. Yüngül və yeyinti, kimya və əczaçılıq, ağır maşınqayırma və mədən sənayesi kimi sahələr geniş potensiala malikdir. Şərq- Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan hazırda tranzit potensialını artırmağa çalışır. Həmçinin,Azərbaycanla postsovet ölkələri arasındakı tarixi bağlılıq, praqmatik əlaqələrin mövcudluğu, eyni zamanda, enerji, nəqliyyat və mədəniyyət sahələrindəki işbirliyi regional əməkdaşlığa təkan verəcək və sözügedən sahələrin canlanmasına səbəb oacaq.

Qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar nəticəsində neftdən gələn gəlirlərin sənayenin inkişafına yönəldilməsi strategiyası müəyyən edilib. Bu istiqamətdə, Dövlət başçısının  6 dekabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” senaye sahəsində inkişafın təmin edilməsini və bu sahələrə investisiya qoyuluşunu nəzərdə tutur. Bu məqamda qeyd etmək yerinə düşərdi ki, mövcud industrial inkişaf bərpa olunmayan mineral-xammal resursların qeyri-rasional  istifadəsi hesabına deyil, əksinə, məqsədyönlü və minimum tullantılı istehsalın həyata keçirilməsi nəticəsində əldə edilməlidir. 

Neftin aşağı qiymət şəraitində yeni perspektivlərin araşdırılması, dünyada baş verən qlobal proseslerin  təsirlərinin öyrənilməsi, sosial, iqtisadi, təhsil, səhiyyə və ətraf mühitlə bağlı olan sahələrdə çatışmazlıqların aradan qaldırılması nəticəsində bütün istiqamətlərdə dayanıqlı inkişaf reallaşacaq. Hazırda, “qara qızıl”ı insan kapitalına çevirmək məqsədilə tədbirlər həyata keçirən Azərbaycan, bununla da müasir texnologiya və təhsilin inkişafına qoyulan investisiyanın həcmini artırır. Prezident İlham Əliyev 29 mart 2017- ci ildə baş tutan Respublika müşavirəsindəki çıxışında  həyata keçirilən iqtisadi siyasətin, regionların inkişafı istiqamətində irəli sürülən təşəbbüs və islahatların dayanıqlı inkişafı təmin edəcəyinə əminliyini vurğulayaraq bir daha dayanıqlı inkişaf konsepsiyasına istinad edir. Məhz elə bu məqamda elm, təhsil və texnologiya bazasının inkişaf etdirilməsi, innovativ startapların maliyyələşdirilməsi, həmçinin bu istiqamətdə olan təşəbbüslərin dəstəklənməsinin vacibliyi bir daha ortaya çıxır.

Dayanıqlı inkişaf konspesiyası BMT tərəfindən müəyyən edilmiş, dünya miqyasında rifaha nail olmağı hədəfləyən prioritetlərdir. Dünyada cərəyan edən proseslər fonunda bütün sferalarda dayanıqlı inkişaf tükənməkdə olan resursların mövcudluq müddətini  artırmaq məqsədilə yeni və alternativ mənbələrin kəşf edilməsi, elm və texnologiyanın inkişafı, həmçinin sosial, iqtisadi və ekoloji sahələrdə atılan mütərəqqi addımlarla əldə ediləcək.

Şəbnəm Məhərrəmova,

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin məsləhətçi eksperti.

Paylaş:
5861

Son xəbərlər

İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00
Bütün xəbərlər