Güzəştli mənzil əldə etmək üçün tələb olunan sənədlərin siyahısı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Güzəştli mənzil əldə etmək üçün tələb olunan sənədlərin siyahısı açıqlanıb

14:17 - 28 / 04 / 2017
Güzəştli mənzil əldə etmək üçün tələb olunan sənədlərin siyahısı açıqlanıb

Prezident Yanında Mənzil İnşaatı Dövlət Agentliyi güzəştli şərtlərlə mənzil əldə etmək üçün tələb olunan sənədlərin siyahısı açıqlayıb.

Agentlikdən 1news.az-a verilən məlumata görə, mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir.

Qeyd olunub ki, ötən müddət ərzində aidiyyəti dövlət orqanları ilə təşkil olunmuş səmərəli əməkdaşlıq nəticəsində güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşlar tərəfindən təqdim olunmalı sənədlərin siyahıları dəqiqləşdirilib. Eyni zamanda, təqdim olunacaq sənədlərin müvafiq qurumlar tərəfindən yoxlanılması müddətini minimuma endirərək vətəndaşların rahatlığını təmin etmək məqsədilə aidiyyəti məlumat bazalarının “Güzəştli mənzil” sistemi ilə inteqrasiyası üçün tədbirlər görülüb.

Sözügedən sənədlər güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərin kateqoriyaları üzrə qruplaşdırılaraq Agentliyin tabeliyində olan “MİDA” MMC-nin internet səhifəsində yerləşdirilib.

Sözügedən kateqoriyalarla və hər bir kateqoriya üçün tələb olunan sənədlərin siyahıları ilə www.mida.az “internet-saytı”nın ana səhifəsində müvafiq olaraq “Güzəştli mənzili kim ala bilər?”“Tələb olunan sənədlər” keçidləri vasitəsilə tanış olmaq mümkündür.

“MİDA” MMC-nin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların aidiyyəti sənədlərinin qəbuluna “Güzəştli mənzil” elektron sisteminin əsasnaməsi təsdiq olunduqdan sonra başlanılacaq. Sənədlərin qəbulunun başlanmasının tarixi barədə əlavə məlumat veriləcək.

Babək Cahandarov

 

Paylaş:
5932

Son xəbərlər

“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24
Bütün xəbərlər