“Azərbaycan xalçaları” jurnalının 22-ci sayı nəşr olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan xalçaları” jurnalının 22-ci sayı nəşr olunub – FOTO

11:03 - 26 / 04 / 2017
“Azərbaycan xalçaları” jurnalının 22-ci sayı nəşr olunub – FOTO

“Azərbaycan xalçaları” jurnalı 22-ci sayından etibarən “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunur.

1news.az-a azerilmə-dən verilən xəbərə görə, Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, sənətşünaslıq, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb.

Jurnalda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti geniş şəkildə işıqlandırılıb. Publisist İlham Tumasın Füzuli filialının fəaliyyətindən bəhs edən “Dörd xalçadan başlayan həyat” reportajı, Şəmkir rayonundakı tədris-hazırlıq kurslarından, DOMOTEX xalça satış-sərgisinin gündəliyi, HALI jurnalı ilə əməkdaşlıqdan bəhs edən yazılar, yeni toxunmuş xalçaların fotoşəkilləri təqdim edilib.

T.ü.f.d, prof. Vidadi Muradovun və yazıçı-publisist Malik Məmmədovun “Qaracəmirli kəndi: tarixi və xalçaları”, akademik İsmayıl Hacıyevin (AMEA-nın Naxçıvan Bölməsi) “Naxçıvan qalalarının öyrənilməsi tariximizin mühüm mənbəyi kimi”, Ayşat Maqomedovanın (Dağıstan) “Dağıstan xalçaları”, Bəxtiyar Tuncayın (AMEA-nın Folklor İnstitutu) “Xalça və sikkələr üzərində runik işarələr”,  t.ü.f.d. Səbuhi Əhmədovun (AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi) “İslam mədəniyyəti muzeylərində orta əsr Azərbaycan silahları”, Hacı Abdullanın (AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun dissertantı) “Zəngəzur bölgəsi: qədim dövrlərdən XX əsrin əvvəllərinədək”, f.ü.f.d. Şakir Albalıyevin (AMEA Folklor İnstitutu) “Azərbaycan folklorunda güləbətin motivi və onun mifik semantikası”, Gulzadə Abdulovanın (AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi) “Azərbaycanın qadın geyim bəzəkləri” və s. kimi müxtəlif mövzularda məqalələr dərc olunub.

Jurnalın baş redaktoru Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.      

Oxucular jurnalın elektron variantı ilə http://azerilme.az/Azerbaycan-xalcalari/2017N22/  ünvanında tanış ola bilərlər. 

S.Xankişiyeva

Paylaş:
768

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdiBu gün, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıbBu gün, 17:46Azərbaycan elektromobil idxalını artırıbBu gün, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıbBu gün, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıbBu gün, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06
Bütün xəbərlər