Texniki nasaz avtomobillər qeydiyyata alınmayacaq - AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Texniki nasaz avtomobillər qeydiyyata alınmayacaq - AÇIQLAMA

10:59 - 26 / 04 / 2017
Texniki nasaz avtomobillər qeydiyyata alınmayacaq - AÇIQLAMA

Artıq texniki nasaz olan avtomobillər dövlət qeydiyyatına alınmayacaq.

1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliyə münasibət bildirərkən məlumat verib.

K.Əliyev bildirib ki, qanunvericiliyə əsasən, indiyə qədər avtomobil nasaz olsa da qeydiyyata alınmalı idi:

“Qanunvericilikdə texniki vəziyyətindən asılı olmayaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması göstərilirdi. Avtomobil texniki cəhətdən nasaz olsa da, onu qeydiyyata almamağa səlahiyyətimiz yox idi. Bu dəyişiklik onu göstərir ki, nəqliyyat vasitəsi texniki baxışdan keçməmiş avtomobildirsə, texniki cəhətdən nasazdırsa, qeydiyyata alınmayacaq. Avtomobilin yeni sahibi isə nəqliyyat vasitəsini texniki nasaz vəziyyətdə istifadə edə bilməyəcək. Avtomobil yalnız saz vəziyyətə gətiriləndən sonra qeydiyyata alınacaq”.

Qeyd edək ki, Milli Məclisin plenar iclasında “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir.

1news.az

Paylaş:
538

Son xəbərlər

8 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51
Bütün xəbərlər