Azərbaycanda nadir xəstəlikdən əziyyət çəkən qadın ana olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda nadir xəstəlikdən əziyyət çəkən qadın ana olub – FOTO

09:48 - 26 / 04 / 2017
Azərbaycanda nadir xəstəlikdən əziyyət çəkən qadın ana olub – FOTO

Takayasu damar xəstəliyindən əziyyət çəkən Ağdaş rayon sakini, 1990-cı il təvəllüdlü Vüsalə Cəbrayılova analıq sevincini yaşayıb.

Azərbaycan Tibb Universitetindən (ATU) 1news.az-a verilən məlumata görə, bu, Universitetin Tədris Cərrahiyyə Klinikasında ağır hamiləlik dövründən sonra baş tutub.

Klinikanın 2-ci Mama-ginekologiya şöbəsinin müdiri, xəstənin müalicə həkimi Turab Canbaxışovun sözlərinə görə, xəstə uzun illər ana olmaq həsrətində idi. Lakin xəstəliyi ilə əlaqədar buna nail ola bilmirdi. Azərbaycanda və Moskvada bir çox mütəxəssislərə müraciət etsə və bir sıra müalicələr alsa da, həkimlər bunun çox riskli hamiləlik olacağından ehtiyat ediblər.

ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edən qadın bu arzusunu reallaşdırıb. T.Canbaxışovun bildirdiyinə görə, bu xəstəlik dünyada bir milyon insandan bir-ikisində rast gəlinsə də, Asiya ölkələrində yüz min insandan iki-üçündə olur:

“Qan təzyiqini artıran bu xəstəlik, aorta deyilən ana damar və bütün daxili orqanlarına gedən damarların daxili divarını zədələyərək, daralmasına və hətta tutulmasına gətirə bilər. Həmin xanımın bu problemlə əlaqəli olaraq bir böyrəyini qidalandıran damarın bağlanma təhlükəsinın olduğu üçün bir neçə il əvvəl stend də yerləşdirilib. Uzun müddət müalicələrdən sonra xanım hamilə qalıb.

Takayasu endoarteriit xəstəliyi ilə hamilə qalan xanımların 53%-də fəsadlar görülür. Bunlardan təzyiqin daha da artmasıdır, preeklampsiya xəstəliyin inkişafıdır, erkən aylarda düşüklərin olmasıdır, ana bətnində dölün inkişaf ləngiməsi və hətta tələf olması kimi riskləri daşımaqdadır”.

Həkimin sözlərinə görə, xəstə üzərində aparılan müalicələrə baxmayaraq, preeklampsiya (müalicəyə tabe olmayan yüksək təzyiq) inkişaf edib və 34-cü həftəsini doldurub:

“Bu səbəbdən də hamiləliyi kesar üsulu ilə sonlandırmaq məcburiyyətində qaldıq. Sağlam doğulan və 2160 qram çəkiyə malik olan körpə yenidoğulmuşların reanimasiyasına yatırılmışdı”.

Neonatologiya şöbəsinin müdiri Səadət Yaqubovanın sözlərinə görə, körpə 6 gün reanimasiyada qalıb və vaxtından əvvəl dünyaya göz açdığı üçün müəyyən problemləri olub. Buna baxmayaraq, müasir tibbi müdaxilələrlə bütün problemlər aradan qaldırılıb və ailəsinə sağlam bir şəkildə təhvil verilib.

Babək Cahandarov

 

Paylaş:
6036

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər