“YAY Qalereyası”nın “1001 gecə” sərgisi açılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

“YAY Qalereyası”nın “1001 gecə” sərgisi açılacaq

15:30 - 26 / 04 / 2017
“YAY Qalereyası”nın “1001 gecə” sərgisi açılacaq

“1001 gecə” sərgisi müasir incəsənət sahəsində çalışan görkəmli Azərbaycan rəssamlarının rəngkarlıq, heykəltəraşlıq və instalyasiya nümunələrini özündə birləşdirir.

1news.az xəbər verir ki, sərginin ideyası İslam mədəniyyəti ənənələrindən, dəyərlərindən və onların müasir dövrə necə uyğunlaşmasından və hansı transformasiyalara uğramasından bəhs edir.

Rəssam Orxan Hüseynovun kosmonavtlar və ərəb yazıları əks  olunan “Müsəlman kosmonavtları” adlı silsiləsi tarixi tədqiqatlar əsasında yaradılıb. Rəssam əsərlərdə müsəlman kosmonavtlarının mövcudluğunu vurğulayaraq, kosmonavtların yalnız Qərb ölkələrindən olması məfhumu puç edir. Silsilə insani ənənələrin yenidən qiymətləndirilməsi zamanı yaranan mürəkkəb motivlər və unikal kombinasiyalara diqqət yetirməyə həvəsləndirir.

Faiq Əhməd “Adsız” əsərində ənənəvi xalçanın bir hissəsinin strukturunu pozaraq, klassik elementlərin bir qismini qabardır. Bununla belə rəssam adi ikiölçülü xalçanı dəyişərək, üçölçülü və həcmli şəkildə təqdim edir. Bu rəssamın xalçalarla etdiyi konseptual transformasiya və qaydadan kənara çıxmaq ideyasının davamıdır.

Rəşad Ələkbərovun “Şəbəkə” və “Və O dedi...” adlı kölgə instalyasiyaları rəssamın ənənəvi elementlərin fərqli formada göstərmək ideyasına əsaslanır.  Rəssam şəbəkə sənətini özünəməxsus üsulda davam etdirərək, işıq və kölgə vasitəsilə onun yeni nümunəsini yaradıb. “Və O dedi...” instalyasiyasında isə İslam dünyasının ən uca dəyərlərindən olan Qurandan götürülmüş kəlamdan istifadə olunur.

Fərid Rəsulovun “Şəbəkə”  instalyasiyası Qərb ekvivalenti - vitraj sənətinin Şərq nümunəsi olmaqla yanaşı, Azərbaycan memarlığının incilərindən sayılır. Rəssam, ənənəvi olaraq kiçik ölçülü şəbəkəni, yeni interpretasiyada hissəcikləri qabardaraq, daha həcmli şəkildə təqdim edir.

Hüseyn Haqverdinin “Qırılma” silsiləsindən olan heykəl və tabloları rəssamın incəsənətin fərqli növlərinə eyni üsulla yanaşmasını nümayiş etdirir. Digər əsərlərində olduğu kimi bu silsilədə də materialın fakturası, görünüşü ilə dialoqa girir, cizgiləri və rəng laylarının uyuşmasını danışdırır.

Reza Hazarenin “Nasazlıq bağçası” silsiləsindən olan qrafik əsərlərində rəssam qəhrəmanlarının arxa fonunu boş saxlayaraq, insandan başqa hər şeyin boş və mənasız olması ideyasını diqqətə çatdırmaq istəyir. Eyni adlı silsiləyə daxil olan kiçik ölçülü yağlı boya ilə yaradılan tablolarının personajları hər zaman tənhalıqdan uzaq qaçmaq arzusundadırlar.

Sərginin kuratoru Ələkbərli Fərəh

Sərginin müddəti: 27 aprel – 11 iyun, 2017

İş rejimi: Çərşənbə axşamı – Bazar, saat 12.00-18.00

Məkan: YAY Qalereyası, İçərişəhər, Kiçik Qala küçəsi, 5

Giriş sərbəstdir.

1news.az

Paylaş:
349

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər