İsmayıllıda heyvanların kütləvi tələfatı baş veribmi? – RƏSMİ AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllıda heyvanların kütləvi tələfatı baş veribmi? – RƏSMİ AÇIQLAMA

17:55 - 25 / 04 / 2017
İsmayıllıda heyvanların kütləvi tələfatı baş veribmi? – RƏSMİ AÇIQLAMA

Aprelin 22-də bir sıra kütləvi informasiya vasitələrində İsmayıllı rayonunun Qubaxəlilli kəndində iribuynuzlu heyvanların naməlum səbəbdən tələfolması barədə məlumat yayılıb.

Bununla əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) İsmayıllı Rayon Baytarlıq İdarəsinin əməkdaşları Qubaxəlilli kəndində araşdırmalar aparıblar.

Araşdırmalar zamanı kənd sakinləri Mirzəyev Əlimöhsümə və Həsənov Namiqə məxsus  şəxsi təsərrüfatlarda cəmi 2 baş südəmər buzovun tələf olması müəyyən edilib. Həmçinin araşdırmalar zamanı kəndin digər təsərrüfatlarında iribuynuzlu heyvanların ölməsi qeydə alınmayıb.

DBNX-dən 1news.az-a verilən məlumata görə, ölmüş buzovlarda aparılan patoloji-anotomik yarma zamanı onların bağırsaqlarında çoxlu sayda askarid qurdlarının olması müəyyən edilib.

Tələf olmuş buzovlar baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək ərazi dezinfeksiya edilib. Eləcə də təsərrüfat sahiblərinə müvafiq mütəxəssis məsləhətləri verilib.

Məlumata görə, yanvar ayından bu günə kimi, yəni 4 ay ərzində İsmayıllı rayonunun Qubaxəlilli kəndində, ümumilikdə 4 baş iribuynuzlu heyvan (sudəmər buzov) ölüb. Bu heyvanlar isə ayrı-ayrı təsərrüfatlarda olmaqla terapevtik xəstəliklərdən tələf olublar. İsmayıllı rayonunun Qubaxəlilli kəndində, eləcə də rayonun digər kəndlərində iribuynuzlu heyvanların kütləvi tələf olması faktına təsadüf edilməyib.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya və zoogigiyenik tələblərə cavab verən şəraitdə saxlanmalı və bəslənməlidir. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın. 

Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada heyvanlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələfolma halları mövcud deyil, epizootoloji sabitliyə nəzarət olunur və epizootik vəziyyət sabitdir.

Babək Cahandarov

 

Paylaş:
457

Son xəbərlər

2024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42
Bütün xəbərlər