Bakıda sosial aksiya keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda sosial aksiya keçiriləcək

12:51 - 25 / 04 / 2017
Bakıda sosial aksiya keçiriləcək

29 aprel tarixində Bakı şəhərində Nizami küçəsi 62C (İSR Plazanın yanı) ünvanında “Məqsədlərə doğru birlikdə!” sosial aksiyası keçiriləcək.

1news.az xəbər verir ki, aksiya “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” kampaniyası çərçivəsində Gənclər və İdman Nazirliyi, BMT-nin Əhali Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin tərəfdaşlığı ilə həyata keçiriləcək.

Aksiyanın əsas məqsədi BMT-nin qəbul etdiyi 17 dayanıqlı inkişaf məqsədləri haqqında gənclər arasında təbliğat-təşviqat aparılması, gənclərin dayanıqlı inkişaf məqsədləri ilə bağlı sosial fəaliyyətlərə cəlb olunması, onların iştirakı ilə inkişaf məqsədləri haqqında mesajların ötürülməsi və onların dayanıqlı inkişaf məqsədlərinə çatdırılmasında rolunun artmasıdır.

Gün ərzində davam edəcək aksiya zamanı musiqili proqram çərçivəsində DJ və müxtəlif tanınmış simalar çıxışlar edərək BMT-nin qəbul etdiyi 17 dayanıqlı inkişaf məqsədləri haqqında gənclərə çağırışlar edəcək və gəncləri “Həmrəylik lövhəsinə” imza atmağa səsləyəcəklər. Həmçinin, aksiya çərçivəsində mövzu ilə bağlı müxtəlif viktorinalar keçiriləcək və hədiyyələr veriləcəkdir. Aksiya çərçivəsində gənclərə kampaniyanın məqsədlərini əks etdirən yaxa nişanı, kitabçalar, şarlar və digər müxtəlif təbliğat materialları paylanılacaq.

Aksiyada iştirak etmək və ətraflı məlumat almaq üçün www.betterfuture.nayora.az  portalına daxil olmağınız xahiş olunur.

Məlumat üçün bildirək ki, artıq dünya liderləri tərəfindən BMT-nin Baş Qərargahında 17 Dayanıqlı İnkişaf Məqsədini özündə birləşdirən və 2016-2030-cu illəri əhatə edəcək Qlobal Gündəlik qəbul olunmuşdur. İki ildən çox sürən məsləhətləşmələrdə vətəndaş cəmiyyətinin birbaşa iştirakı ilə həyata keciriləcək proseslərlə ölkələr 2030-cu ilədək dayanıqlı inkişafla yoxsulluğa son qoymaq və rifahı təşviq etmək barəsində razılığa gəliblər. Bunu nəzərə alaraq, məlumatlılığın artırılması və göstərilən problemləri həll etmək üçün Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və BMT-nin Əhali Fondu ilə birgə “Gənclər Daha Yaxşı gələcək Uğrunda” Kampaniyası çərçivəsində “Azərbaycan Gəncləri Daha Yaxşı Gələcək Uğrunda: Dayanıqlı İnkişaf Məqsədləri” layihəsini 15 noyabr 2016 - 15 iyun 2017-ci il tarixlərində həyata keçirir.

Xatırladaq ki, 6 oktyabr 2016-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmışdı. Bu şuranın əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir.

Fərid Ədalət

Paylaş:
568

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər