Bakı-Şamaxı-Bakı Guattro yürüşü baş tutub – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Şamaxı-Bakı Guattro yürüşü baş tutub – FOTO – VİDEO

15:31 - 21 / 04 / 2017
Bakı-Şamaxı-Bakı Guattro yürüşü baş tutub – FOTO – VİDEO

Audi Bakı Mərkəzinin təşkilatçılığı ilə aprelin 15-16-da Azərbaycanda ilk dəfə olaraq Guattro avtomobil yürüşü baş tutub.

Tədbirin təşkilatçıları Audi sevərləri bir araya gətirərək yürüş üçün Azərbaycanın ən gözəl bölgələrindən biri olan Şamaxını seçib (Shamakhi Palace Sharadil). Yürüşdə 30-dan çox sürücü öz Audi avtomobilləri ilə iştirak edib.

Tədbirə Audi sevərlərlə yanaşı tanınmış media nümayəndələri də dəvət olunub. Yürüş başa çatdıqdan sonra qonaqlar üçün otel ərazisində paintball, atıcılıq, atçılıq və s. kimi əyləncə vasitələri təşkil olunub. Yürüşün əsas məqsədi Audi sevərləri bir araya yığmaq, 2 ədəd bazarda yeni model olan A5 Sportback  (2.0 TFSİ) Guattro və Q5 (2.0 TFSİ) Guattro modellərinin təqdimatını və test-drive-nı həyata keçirmək idi. Test-drive üçün məhz Ağsu yolunun seçilməsində məqsəd enişli-yoxuşlu və sərt döngəli yollarda yeni Guattro ultra tam çəkim sisteminin dəqiq və cəld reaksiyasını müşahidə etmək olub.

Qeyd edək ki, bu sistem tam yol səthində dəyişikliyi hiss edən kimi 0.2 saniyəyə birləşmə haqda qərar verir, daha 0.2 saniyəyə sistem qoşulur. A5, Q5 modellərindən fərqli olaraq Q7 modelində Guattro ultra deyil, 2.0 TFSİ mühərrikinin bu nəhəng krossover üçün tam yetərli olmasını göstərmək idi. Yeni A5 Sportback Guattro 0-100 sürətini 6 san, Q5 isə 6.3 san-yə yığır. Bunlardan heç də geri qalmayan Q7 modeli,  təqdim olunmuş mühərriklə 0-100 km/s sürətini 6.9 saniyəyə toplayır. Test-drive-da qonaqlardan başqa sürücülük vəsiqəsi olan və test-drive etmək istəyən hər kəsə bu imkan yaradılıb.

Tədbirin qonaqlar və media nümayəndələri tərəfindən çox sevildiyini nəzərə alaraq, Audi Bakı Mərkəzi bu yürüşün hər il təkrarlanacağı xəbərini verib.

Reklam hüququnda

 

 

Paylaş:
762

Son xəbərlər

Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34
Bütün xəbərlər