Meteoroloqlardan bəd xəbər: Hava küləkli və yağışlı olacaq, qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan bəd xəbər: Hava küləkli və yağışlı olacaq, qar yağacaq

13:51 - 21 / 04 / 2017
Meteoroloqlardan bəd xəbər: Hava küləkli və yağışlı olacaq, qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 22-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında aprelin 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, gündüz  güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9, gündüz 14-18, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək,  nisbi rütubət  gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında aprelin 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq.

Havanın temperaturunun gecə 5-10, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteorolji proqnoza görə, aprelin 22-23-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, aprelin 22-də güclü xəzri küləyinin aprelin 23-də arabir güclənən gilavar küləyi ilə əvəz olunması meteohəssas insanlar  üçün əlverişsizdir.

Meteoroloqların xəbərdarlığına görə, ölkə ərazisində aprelin 22-dən 25-dək hava şəraitinin küləkli olacağı, qərb, şimal-qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclü olacağı gözlənilir. Aprelin 24-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı,  ayrı-ayrı yerlərdə intensiv olacağı,  dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Babək Cahandarov

 

Paylaş:
564

Son xəbərlər

Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36
Bütün xəbərlər