OVS brendindən açıqlama - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

OVS brendindən açıqlama - FOTO

20:20 - 23 / 03 / 2017
OVS brendindən açıqlama - FOTO

OVS təmsilçisi olaraq KİV - də haqqımızda yayınlanan xoşagəlməz məlumat ilə bağlı narahatlığımızı bildirir və duruma aydınlıq gətirmək istəyirik.

Qeyd edək ki, OVS "Gruppo Coin" - ə məxsus İtaliya brendidir, Azərbaycanda paytaxtın "Park Bulvar", "Gənclik Mall"  eləcə də Gəncə şəhərində "Xəmxə Park" Ticarət Mərkəzlərində təmsil olunmaqdadır.

OVS brendinin hazırki təqdim etdiyi kolleksiya üç ölkədə - Banqladeş, Çin və İtaliyada istehsal olunmuşdur. (məhsulların mənşəy sertifikatı aşağıda göstərilmişdir) Mövcud vəziyyəti araşdıraraq aydınlaşdırılmışdır ki, KİV-də haqqında bəhs edilən hazırki məhsullar sertifikatda göstərildiyi kimi Banqladeşdə istehsal olunmudur. (foto təqdim olunur).

Təkrar yoxlama zamanı müəyyən edilmişdir ki, mağazalardakı məhsullarımızın arasında "Made in Armenia" etiketli məhsul yoxdur. Əksinə bütün məhsulların etiketləri  "Made in Banqladesh" yazılı etiketləridir.

Məhsulun mənşəy sertifikatı və invoys və kodu buna sübutdur.

OVS brendinin İtaliyadakı baş ofisinə göndərilən ilkin sorğuya cavab olaraq bizə bildirilmişdir ki, şirkətin Ermənistan ərazisində məhsul istehsalı yoxdur. Bu informasiyanı təstiq etmək üçün OVS-dan rəsmi məktub tələb olunmuşdur. Rəsmi məktubu tezliklə ictimaiyyətə təqdim edəcəyik.

Qeyd etmək istərdik ki, KİV-də yayılan informasiya texniki səhv və ya təxribat və s. məqsədi ilə də yayıla bilər.

OVS təmsilçisi olaraq bildirmək istərdik ki, heç bir halda Azərbaycan istehlakçısının gəliri birbaşa və ya dolayısı ilə Ermənistan Respublikasına daxil olmasına imkan vermərik.

Faktın daha ətraflı araşdırılması məqsədilə  həmin etiket və mağazanın rəsmi çekinə sahib olan müştərilərimizdən xahiş edirik ki, mağazamızla əlaqə saxlasınlar.

Bundan əlavə, KIV təmsilçilərinə müraciətimiz budur ki, hər hansı informasiyanı yaymazdan əvvəl onun həqiqiliyini araşdırsınlar.

Yaranmış bütün suallarla bağlı mağazamızın inzibati rəhbərliyinə müraciət etməyinizi xahiş edirik.

Paylaş:
1504

Son xəbərlər

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02
Bütün xəbərlər