Azərbaycanın 999-cu məscidinin sirri - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın 999-cu məscidinin sirri - FOTO

15:49 - 26 / 02 / 2017
Azərbaycanın 999-cu məscidinin sirri - FOTO

Gəncə Azərbaycanın qədim və tarixi abidələrlə zəngin şəhərlərindən biridir. Onu zənginləşdirən abidələrdən biri də XVII əsr Azərbaycan memalığının incilərindən hesab edilən Şah Abbas məscididir.

1news.az “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, şəhərin mərkəzində yerləşən tarixi abidə xalq arasında Cümə məscidi kimi tanınır.

Dövrünün ən böyük ibadət məkanlarından olan tikili Səfəvi hökmdarı I Şah Abbasın adı ilə bağlıdır. Rəvayətə görə, hakimiyyətə gəldikdən sonra Səfəvi xanədanının keçmiş qüdrətini bərpa edən Şah Abbas vəzirinə ölkə ərazisində min məscid, min körpü və min çeşmə inşa etmək göstərişi verir. Ağıllı vəzir şahı onların sayını min yox 999 etməyə, bu rəqəmdə bir əzəmət olduğunu inandıra bilir. Bundan sonra məmləkətdə 999 məscid, 999 körpü, 999 çeşmə inşa edilir. O dövrdə tikilən məscidlərin ən möhtəşəmlərindən biri də Gəncə şəhərinin payına düşür. Onun inşası Şah Abbasın göstərişi ilə dövrünün məşhur riyaziyyatçısı, astranomu, memarı Şeyx Bəhaəddin Amili tərəfindən həyata keçirilir. Bu barədə məşhur Azərbaycan şairi və tarixçisi Abbasqulu ağa Bakıxanov da özünün "Gülüstani-İrəm" əsərində məlumat verir.

1606-cı ildə tikintisi başa çatan ibadət ocağı dəqiq riyazi hesablamalar əsasında tikilib. Tikintidə yumurta ağı ilə gil-əhəng qatışığından,üyüdülmüş daş kömür və qırmızı kərpicdən istifadə edilib. Divarların qalınlığı 1 metrdən 3 metrə qədər dəyişir. Məscidin hər küncündə 3 hücrə, ümumilikdə isə 12 hücrə var ki, bu da 12 İmamı simvolizə edir. Tikili dərin özüllər üzərində qurulduğundan, şəhərdə 1826-1938-ci illər arasında baş verən 10 zəlzələ zamanı heç bir ziyan görməyib. Məscidin qərb divarında yerdən iki metr hündürlükdə balıq formasında kərpic çıxıntısı var ki, günəş zenit nöqtədə olanda bu çıxıntıdan düşən kölgə itir. Bununla memar günorta namazının vaxtının gəldiyini göstərmək istəyib. Məscidin digər özəlliklərindən biri də onun içərisindəki özü-özlüyündə bir sənət nümunəsi olan minbərdir. Minbər bir mismar belə işlənmədən palıd ağacından şəbəkə üsuli ilə hazırlanıb. Onun yaşının məscidlə eyni olduğu söylənilir. Minbərin üzərinə həkk edilmiş iki sətir yazıda onun 1897-ci ildə Gəncə hakimi Ziyadoğlu tərəfindən təmir edildiyi yazılıb. 1776-cı ildə məscdin qarşısında əlavə olaraq qoşa minarələr tikilib. 1920-ci ildə Gəncə üsyanı zamanı bolşeviklər tərəfindən şəhərə və ətrafa atılan mərmilərin təsirindən minarələrin biri əyilib. Həmin il Gəncə şəhər Xeyriyyə Cəmiyyəti tərəfindən bərpa işləri aparılsa da, əyilmiş minarəni tam bərpa etmək mümkün olmayıb.

O vaxt bir kompleks halında olan əraziyə giriş məhz bu minarələrin arasından olub. Divarlar arasında məscid, mədrəsə, kitabxana, hücrələr, hamam və Ziyadoğlu nəslindən olan şəxslərin dəfn edildiyi ərazi yerləşib. Sonradan sovet dövründə aparılan rekonstruksiya işləri nəticəsində mədrəsə və hücrələr kimi bu qəbiristanlıq da ləğv edilib. Yalnız Cavad xanın qəbri burda saxlanılıb. Sovetlər dönəmində məscid öz fəaliyətini 1961-ci ilədək davam etdirib. Həmin il "məscid yaxınlıqda yerləşən institutun fəaliyyətinə təsir gösrərir" bəhanəsilə aktlaşdırılaraq bağlanıb. Sonradan ibadət evi xalçaçılıq muzeyi kimi fəaliyyət göstərib. Minarələr olan binada yerləşən hücrələr isə rəsm qalereyası kimi istifadə edilib. Azərbaycan müstəqillik əldə etdikdən sonra Şah Abbas məscidi bərpa edilib və bu gün də öz fəaliyyətini davam etdirir.

1news.az

Paylaş:
610

Son xəbərlər

İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33
Bütün xəbərlər