Azərbaycan Tələbə Kartının əldə edilməsinin qaydaları açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Tələbə Kartının əldə edilməsinin qaydaları açıqlanıb

20:50 - 25 / 02 / 2017
Azərbaycan Tələbə Kartının əldə edilməsinin qaydaları açıqlanıb

Respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin bütün kurs tələbələrinin Azərbaycan Tələbə Kartı ilə təmin edilməsi üçün sənədlərin qəbulu mərhələsinə start verilib. Kart tələbələrə sosial dəstəyin artırılması məqsədi daşıyır.

1news.az Azərtac-a istinadən xəbər verir ki, tələbələrin Azərbaycan Tələbə Kartı ilə təmin edilməsi məqsədilə təhsil müəssisələrində sənədlərin qəbulu mərhələsini həyata keçirmək üçün xüsusi ayrılmış bölmələr və ya otaqlar fəaliyyət göstərəcək.

Tələbələr bu məkanlara yaxınlaşaraq nümayəndələrə öz sənədlərini təqdim edə bilərlər.

Azərbaycan Tələbə Kartı üçün hər hansı bir təşkilata üzv olmaq və s. kimi zərurətlər yoxdur. Təhsil alan bütün tələbələr könüllü şəkildə bu bölmələrə yaxınlaşaraq sənədlərini təqdim edə bilərlər. Tələbələr sənədləri təqdim etdikdən sonra 20-30 iş günü ərzində kartlar hazırlanır. Kartlar hazır olduqda tələbələr bu barədə tələbə gənclər təşkilatları tərəfindən məlumatlandırılacaq və kartla təmin olunacaqlar. Kart tələbələrə “Azərfon” şirkəti tərəfindən təqdim edilən “Nar” nömrələri ilə birlikdə veriləcək. Kart pulsuzdur və hər hansı xidmət üçün tələbələrdən heç bir ödəniş tələb edilə bilməz. Bu hal ilə qarşılaşan tələbələr üçün ATGTİ tərəfindən qaynar xətt yaradılacaq. Daxil olan şikayətlər araşdırılacaq və şikayət öz əsasını taparsa, qanunvericiliyə uyğun olaraq bu barədə lazımi tədbirlər görüləcək.

Azərbaycan Tələbə Kartı öz sahibinə Avropanın 37 ölkəsində 80 mindən çox və ölkəmizdə isə 200-dən artıq obyektdə 10 faizdən 55 faizədək endirimlər təklif edir. “Nar” nömrələri tələbələrə tamamilə ödənişsiz verilir və əlavə heç bir sənəd təqdim edilməsinə ehtiyac yoxdur. “Nar” nömrələri vasitəsilə tələbələr bu nömrələr arasında güzəştli danışma imkanı əldə edəcəklər. Təhsil müəssisələrində tələbə gənclər təşkilatları olmayan tələbələri nəzərə alaraq, ATGTİ-də xüsusi bölmə yaradılacaq və tələbələr bu bölmələrə yaxınlaşaraq müvafiq sənədləri təqdim edə biləcəklər.

Azərbaycan Tələbə Kartı respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin bütün kurs bakalavr və magistr tələbələrinə təqdim edilir.

Xatırladaq ki, dekabrda Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, ATGTİ və Avropa Gənclər Kartı Assosiasiyasının (EYCA) birgə təşkilatçılığı ilə Azərbaycan Tələbə Kartının yeni dizaynda təqdimat mərasimi keçirilib.

1news.az

Paylaş:
622

Son xəbərlər

Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıbBu gün, 15:03Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32
Bütün xəbərlər