ABŞ-ın “Natural History” jurnalı Bilgəh zəfəranından yazır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ABŞ-ın “Natural History” jurnalı Bilgəh zəfəranından yazır – FOTO

18:06 - 21 / 02 / 2017
ABŞ-ın “Natural History” jurnalı Bilgəh zəfəranından yazır – FOTO

ABŞ-ın məşhur elmi-publisistik jurnalı “Natural History” (Təbiət tarixi) Bilgəh zəfəranı barədə ətraflı məqalə dərc edib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutundan 1news.az-a verilən məlumata görə, “Saffron” (Zəfəran) sərlövhəli material dünyada geniş miqyasda oxunan jurnalın fevral nömrəsində işıq üzü görüb. Məqalənin müəllifi Geologiya və Geofizika İnstitutunun (GGİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, elmi jurnalist Səid Hüseynovdur.

Yazıda Azərbaycanın 100 ildən çox yaşı olan zəfəran əkinçiliyi mədəniyyəti, əsasən Bilgəhdə yetişdirilən bu bitkinin faydaları və ondan təbabətdə istifadə qaydaları haqqında geniş məlumat verilir. Əkin prosesi çətin olmayan və böyük qayğı tələb etməyən yerli zəfəranın keyfiyyəti, ciyər, göz, mədəaltı vəzi, ürək-damar sistemi, böyrək və digər bədən orqanlarının xəstəliklərinə qarşı müalicəvi effekti məqalədə ətraflı təsvir olunur. Burada zəfəranın ölkəmizin iqtisadiyyat və mədəniyyət tarixində, həmçinin Abşeron əhalisinin gündəlik həyatı və illik gəlirində oynadığı roldan xüsusi bəhs edilir.

Müəllif Azərbaycandan əlavə digər ölkələrin alimlərinin zəfəranla bağlı tədqiqatlarının elmi jurnallarda dərc olunmuş nəticələrini doqquz ay araşdırdıqdan sonra topladığı məlumatları məqalə halında “Natural History” jurnalına təqdim edib. Jurnalın dörd səhifəsini təşkil edən materialda AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Bitki biotexnologiyası” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Tofiq Qaragözov və Meksikanın Milli Pediatriya İnstitutunun “Eksperimental onkologiya” laboratoriyasının azərbaycanlı rəhbəri, biologiya elmləri doktoru Fikrət Abdullayevin çoxillik tədqiqatlarının nəticələri xüsusilə geniş yer alıb.

Qeyd edək ki, məqalə S.Hüseynovun “Natural History” jurnalında dördüncü yazısıdır. Altı il əvvəl onun sözügedən nəşrdə Binəqədi fauna və flora Dördüncü dövr qəbiristanlığı, 2012-ci ildə qlobal iqlim dəyişmələrinin Xəzərə təsiri, 2016-cı ildə isə Xəzər suitisinin tükənmə təhlükəsi barədə geniş materialları dərc olunub.

1news.az

Paylaş:
649

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər