TRT 1-in Azərbaycanda yayımının bərpasına dair razılıq əldə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

TRT 1-in Azərbaycanda yayımının bərpasına dair razılıq əldə olunub

17:32 - 21 / 02 / 2017
TRT 1-in Azərbaycanda yayımının bərpasına dair razılıq əldə olunub

Türkiyənin TRT 1 telekanalının Azərbaycanda yerüstü rəqəmli yayımı ilə bağlı Milli Televiziya və Radio Şurası (MTRŞ) və TİKA arasında razılıq əldə olunub.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, MTRŞ-nın Texniki nəzarət şöbəsinin müdiri, professor İsa Məmmədov  bildirib ki, analoq yayımla bağlı müqavilə olduğu üçün yeni müqavilənin bağlanmasına ehtiyac qalmayıb.

Şöbə müdiri qeyd edib ki, mövcud müqavilə 2018-ci ilə qədər qüvvədədir:

“TİKA və MTRŞ arasında razılıq əldə olunub, TRT 1 telekanalının yaxın zamanlarda yayımı bərpa olunacaq. Bakı şəhəri və Abşeron yarımadası ərazisində TRT 1 48-ci TV yayım kanalında, bölgələrdə isə ümumölkə TV proqramları ilə eyni paketdə yayımlanacaq. Rəqəmli TV yayımına keçilməsi bu telekanalın ölkəmizdə yayımlanması üçün heç bir texniki problem yaratmamışdı. Sadəcə rəqəmli yayım üzrə yayımın şərtləri analoq yayımının şərtlərindən fərqli olduğuna və TRT 1 rəhbərliyi bu şərtləri araşdırmadığına görə telekanalın Azərbaycanda yayımı dayandırılmışdı”.

Qeyd edək ki, Azərbaycanlı rəqəmli TV yayımına keçildikdən sonra TRT 1-in yerüstü yayımı ötən ildən dayandırılıb. Noyabrın 1-dən etibarən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-i, 10-u və 20-si bölgələrdə analoq TV yayımı dayandırılıb. Azərbaycanda yalnız rəqəmli TV yayımı həyata keçirilir.

TRT 1 Azərbaycan və Türkiyə hökumətlərarası (TRT 1, keçmiş Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Milli Televiziya və Radio Şurası arasında imzalanmış) müqaviləyə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanıb.

1news.az

Paylaş:
390

Son xəbərlər

Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43
Bütün xəbərlər