Yaponiyada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaponiyada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib – FOTO

12:54 - 30 / 01 / 2017
Yaponiyada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib – FOTO

Yaponiyanın paytaxtı Tokio şəhərinin Otaku bölgəsində yerləşən məktəbdə Azərbaycanla bağlı növbəti seminar keçirilib.

1news.az-ın məlumatına görə, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının prezidenti Əlibəy Məmmədov tərəfindən təşkil olunan seminarda ümumilikdə 120 məktəbli və 10 müəllim iştirak edib.

Seminarda diaspora rəhbəri Azərbaycanın qədim tarixi ənənələri, mədəniyyəti, müasir siyasi həyatı ilə bağlı geniş məlumat verib.

Seminar zamanı “Tərəqqi” medalı ilə təltif edilmiş araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin müəllifi olduğu “Dünya Azərbaycanlılarının Palitrası” kitabının təqdimatı olub.

Ə. Məmmədov qeyd edib ki, Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini əldə etmiş cavan respublika olmasına baxmayaraq, burada yaşayan xalqların, millətlərin çox qədim tarixi ənənələri, mədəniyyəti var. Azərbaycanlıların tarixi təkcə respublikanın sərhədləri ilə məhdudlaşmır. Azərbaycanlılar müxtəlif tarixi hadisələr səbəbilə zaman-zaman digər regionlara, ölkələrə yol açıb, yerli insanlara qaynayıb qarışıblar. Bu gün məhz həmin insanlar dünyada Azərbaycan diasporunun yaşamasında əvəzsiz pay sahibləridirlər. Yaşadıqları ölkələrin mədəniyyətlərinə dərindən bələd olan həmvətənlərimizin hər birində əsl azərbaycanlı ürəyi var və bu döyünən ürək onları vətən üçün durmadan çalışmağa sövq edir.

Ə.Məmmədov qeyd edib ki, kitabda Azərbaycan diasporu bir növ simvolik olaraq zaman-zaman milyonlarla hissələrə bölünmüş və dünyaya səpələnmiş vahid bədənin ürəyi kimi ifadə olunur.

Kitabda dünyanın əksər ölkələrində fəaliyyət göstərən azərbaycanlı vətən aşiqlərinin fəaliyyətləri haqqında məlumatların yer aldığını qeyd edən diaspor rəhbərimiz onu da vurğulayıb ki, hazırda dünyada tək dövlət səviyyəsində deyil, həm də ayrı-ayrı diaspor təşkilatları formasında xalq üçün, millət üçün, dövlətçilik və müstəqillik üçün çalışmağa böyük ehtiyac var:

“Hazırda bu işin öhdəsindən ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatları uğurla gəlməkdədirlər. Ümumiyyətlə, əgər bir insan öz ölkəsinin hüdudlarından kənara çıxırsa, o avtomatik olaraq öz ölkəsinin simasına, güzgüsünə çevrilir. Diaspor isə bir ailədir. Hansı ki, onları zərrə qədər bir-birindən fərqləndirmək doğru olmazdı. Onların hər biri vahid bir vətən, vahid bir ölkə, vahid bir ürək olan Azərbaycan üçün çalışırlar”.

Seminarda kitabla və Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Şagirdlərdən bir çoxu gələcəkdə Azərbaycan diasporu ilə yaxından işləmək, eyni zamanda Azərbaycana gedib Yaponiyanın diaspor fəaliyyəti ilə məşğul olmaq fikirlərinə düşdüklərini ifadə ediblər. Seminarda Azərbaycanla yanaşı, Cənubi Koreya, İndoneziya və Serbiyadan olan fəallar da öz ölkələrinin təqdimatını həyata keçiriblər. Sonda məktəbin idarə heyəti və şagirdlərlə xatirə şəkli çəkilib.

1news.az

Paylaş:
702

Son xəbərlər

İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30
Bütün xəbərlər