Yola duz səpən polis: “Mağazada duz qurtardı, yoxsa yenə alıb yola səpəcəkdim” – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yola duz səpən polis: “Mağazada duz qurtardı, yoxsa yenə alıb yola səpəcəkdim” – VİDEO

17:35 - 30 / 01 / 2017
Yola duz səpən polis: “Mağazada duz qurtardı, yoxsa yenə alıb yola səpəcəkdim” – VİDEO

Bakıda qarlı havada yola duz səpən yol polisi əməkdaşının kimliyi məlum olub.

1news.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisənin baş verdiyi ərazi Teymur Elçin küçəsinin başlanğıcı - Teleteatrın yanıdır.

Yola duz səpən DYP əməkdaşı isə Bakı şəhər DYPİ-nin Yol-Patrul Xidməti Alayının Müşayət-Eskort Bölüyünün 1-ci tağımının əməkdaşı (99-P-027), polis baş serjantı Teymur Süleymanovdur.

Bakı şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədovun iştirakı ilə avtosfer.az-ın əməkdaşı həmin inspektorla görüşüb. Teymur Süleymanov yayılan video ilə bağlı fikirlərini bölüşərək bildirib ki, həmin görüntülərin necə çəkilməsindən xəbərsiz olub:

“Mən düşünmürəm ki, bu hərəkətimlə nəsə pis bir iş görmüşəm. Amma videonu sosial şəbəkələrdə yayaraq mənə qarşı nalayiq ifadələr işlədirlər. Birincisi, yola duz səpmək mənim vəzifəm deyildi. Sadəcə, gördüm ki, yolda sürüşkənlik artır və avtomobillər svetoforda dayana bilməyərək sürüşüb sağdan gələn nəqliyyat vasitələrinin yoluna çıxırlar. Mən də gedib yaxınlıqdakı mağazadan öz pulumla 15 qutu duz alıb gətirdim və hamısını yola səpdim ki, maşınlar sürüşməsin, qəza baş verməsin, insanlara maddi ziyan dəyməsin. Burada pis nə var ki? İnanın mənə, mağazada duz qurtardı, yoxsa, yenə də alıb gətirib yola səpəcəydim. Axı niyə mənə qarşı nalayiq fikirlər yazırlar? Yaxşı əməlimizi də pisə yozurlar”.

1news.az

 

Paylaş:
5561

Son xəbərlər

Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04Bazar gününün hava proqnozu04 / 05 / 2024, 12:49
Bütün xəbərlər