Keçən il torpağın və yerin təkinin mühafizəsi sahəsində 184 akt və 40 protokol tərtib olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Keçən il torpağın və yerin təkinin mühafizəsi sahəsində 184 akt və 40 protokol tərtib olunub

23:45 - 18 / 01 / 2017
Keçən il torpağın və yerin təkinin mühafizəsi sahəsində 184 akt və 40 protokol tərtib olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən 2016-cı il ərzində ölkə ərazisində torpağın və yerin təkinin mühafizəsi üzrə  ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. 

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, torpağın mühafizəsi üzrə  nazirliyin əməkdaşlarının apardığı araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 131 akt və 32 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 26 müddətli “məcburi göstəriş” verilib. 34 iş üzrə 13800 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəyən ziyana görə 18 iş üzrə 68692,8 manat məbləğində iddia qaldırılıb və 309 iş üzrə 32609,8 manat məbləğində ödəmə tətbiq olunub.

Hüquq mühafizə orqanlarına göndərilən 5 işdən 2-nə, icra qruplarına göndərilən 18 işdən 9-na və məhkəmələrə göndərilən 5 işdən 1-nə baxılaraq müvafiq tədbir görülüb.  16 iş isə hazırda icraatdadır.

Yerin təkinin mühafizəsi üzrə hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 53 akt və 8 protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 8 müddətli “məcburi göstəriş” verilib. 15 iş üzrə 8600 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəyən ziyana görə 27 iş üzrə 426198,5 manat məbləğində iddia qaldırılıb və 24 iş üzrə 6380 manat məbləğində ödəmə tətbiq olunub.

Hüquq mühafizə orqanlarına göndərilən 15 işdən 10-na, icra qruplarına göndərilən 10 işdən 8-nə və məhkəmələrə göndərilən 20 işdən 2-nə baxılaraq müvafiq tədbir görülüb. 25 iş isə hazırda icraatdadır.

1news.az

 

Paylaş:
582

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdi16 / 04 / 2024, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıb16 / 04 / 2024, 17:46Azərbaycan elektromobil idxalını artırıb16 / 04 / 2024, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb16 / 04 / 2024, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıb16 / 04 / 2024, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb16 / 04 / 2024, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTO16 / 04 / 2024, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidir16 / 04 / 2024, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEO16 / 04 / 2024, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıb16 / 04 / 2024, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHI16 / 04 / 2024, 16:10Bakcell böyük yeniliklərə hazırlaşır16 / 04 / 2024, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcək16 / 04 / 2024, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTO16 / 04 / 2024, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO16 / 04 / 2024, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildi16 / 04 / 2024, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib16 / 04 / 2024, 15:22Bakıda mənzildə meyit aşkarlandı16 / 04 / 2024, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edib16 / 04 / 2024, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib16 / 04 / 2024, 14:06
Bütün xəbərlər