“AMEA-nın professoru” elmi adı təsis edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“AMEA-nın professoru” elmi adı təsis edilib

23:10 - 18 / 01 / 2017
“AMEA-nın professoru” elmi adı təsis edilib

Bu gün AMEA Rəyasət Heyətinin iclasında “AMEA-nın professoru” elmi adının təsis edilməsi ilə bağlı müzakirələr aparılıb.

1news.az-ın məlumatına görə, tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə alimlərin elmi, elmi-təşkilati və elmi-pedaqoji fəaliyyətinin layiqincə qiymətləndirilməsi, onların əməyinin stimullaşdırılmasının son illər Akademiyada aparılan çoxşaxəli islahatların tərkib hissəsi olduğunu bildirib. Akademik bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirildiyini, yeni fəxri ad, diplom və mükafatların təsis edildiyini vurğulayıb.

AMEA rəhbəri “Akademik professor” elmi adının təsis edilməsinin beynəlxalq təcrübəyə əsaslandığını və yüksək elmi nailiyyətlər əldə etmiş alimlərin əməyinin stimullaşdırılması məqsədi daşıdığını söyləyib.

İclasda milli  və beynəlxalq səviyyədə mühüm nailiyyətlər əldə etmiş, uzun illər ərzində AMEA-nın əsas funksiya və vəzifələrinin həyata keçirilməsində xüsusi xidmətlər göstərmiş Azərbaycan alimlərinin əməyinin qiymətləndirilməsi məqsədilə “AMEA-nın professoru” elmi adının təsis edilməsi haqqında qərar qəbul edilib. Elmi adın Əsasnaməsinin hazırlanması üçün İşçi qrupu yaradılıb.

1news.az

 

Paylaş:
435

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər