Pilot ərazilərdəki xəstəxanalara direktorlar təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Pilot ərazilərdəki xəstəxanalara direktorlar təyin edilib

19:51 - 18 / 01 / 2017
Pilot ərazilərdəki xəstəxanalara direktorlar təyin edilib

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevin əmri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasının və Yevlax Şəhər Uşaq Xəstəxanasının bazalarında mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Yevlax Rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxs, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının bazasında isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxs yaradılıb.

1news.az-a Agentlikdən verilən xəbərə görə, hər iki pilot ərazidəki xəstəxanaların təsdiq edilmiş nizamnamələrinə uyğun olaraq, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə direktor Könül Ələkbərov, Yevlax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə isə Azər İsmayilov direktor təyin edilib.

Könül Ələkbərov Azərbaycan Tibb Universitetinin məzunudur, 2008-ci ildə Prezidentin Sərəncamına əsasən, “Əməkdar Həkim” fəxri adı ilə təltif olunub.

Azər İsmayılov Azərbaycan Tibb Universitetinin məzunudur, daha sonra təhsilini Türkiyənin Ege Universitetində davam etdirib.

Qeyd edək ki, icbari tibbi sığorta sisteminin həyata keçiriləcəyi ərazilərdə - Mingəçevir və Yevlaxdakı dövlət tibb müəssisələrinə təyin edilən direktorlar inzibati, təsərrüfat və maliyyə işlərinə nəzarət edəcəklər.

1news.az

 

Paylaş:
494

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər