Azərbaycan-Rusiya sərhədindəki vəziyyət yoxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan-Rusiya sərhədindəki vəziyyət yoxlanılıb

18:28 - 18 / 01 / 2017
Azərbaycan-Rusiya sərhədindəki vəziyyət yoxlanılıb

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev Azərbaycanın Rusiya ilə dövlət sərhədində yerləşən “Samur” gömrük-sərhəd buraxılış məntəqəsində mövcud vəziyyətlə tanış olublar.

1news.az-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, E.Quliyev və S.Mehdiyev “Samur” gömrük-sərhəd buraxılış məntəqəsində sərnişinlərin və nəqliyyat vasitələrinin sərhədkeçmə vəziyyəti barədə məlumat alıb, dövlət sərhədindən keçən sərnişinlər və yük avtomobillərinin sürücüləri ilə söhbət edərək onların qarşılaşdıqları problemlərlə maraqlanıblar.

Dövlət sərhədindən keçən şəxslər, yük avtomobillərinin sürücüləri buraxılış məntəqəsindəki şəraitdən razılıqlarını ifadə ediblər, eləcə də gömrük rəsmiləşdirilməsi ilə əlaqədar problemlərinin olmadığını bildiriblər.

Son illərdə həyata keçirilən islahatlarla paralel olaraq “Samur” gömrük-sərhəd buraxılış məntəqəsində tranzit yükdaşımalarının həcminin artması ilə əlaqədar ortaya çıxan məsələlər barədə vəzifəli şəxslərin məruzələri də dinlənilib, mövcud problemlər, həmçinin sərnişinlərin və nəqliyyat vasitələrinin gömrük nəzarəti prosesinə daha az vaxt sərf edilməsi imkanları müzakirə edilib.

Sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.

1news.az

Paylaş:
443

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər