Səlim Müslümov iranlı həmkarı ilə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Səlim Müslümov iranlı həmkarı ilə görüşüb – FOTO

17:23 - 17 / 01 / 2017
Səlim Müslümov iranlı həmkarı ilə görüşüb – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüşdə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə də iştirak edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanla İran arasında yüksək səviyyədə münasibətlərin mövcud olduğunu, hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq bütün sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdiyini vurğulayıb: “Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci il “İslam Həmrəyliyi İli” elan edilib. Bu da dünyada islam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımların atılmasına, o cümlədən islam ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcək”.

S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətlərindən bəhs edib, son illərdə dünyada təhlükəli proseslərin, kəskin böhranın mövcud olduğu şəraitdə də ölkəmizdə sabitlik və əmin-amanlığın davam etdiyini diqqətə çatdırıb: “Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsinə baxmayaraq, Azərbaycanda uğurlu iqtisadi şaxələndirmə siyasətinə əsaslanan inkişaf kursu davam etdirilir. ÜDM-in 70 faizinin qeyri-neft sektoruna aid olduğu ölkədə təkcə ötən il bu sektor üzrə 5 faiz, kənd təsərrüfatında 2,6 faiz artıma nail olunub. Dünya İqtisadi Forumunun Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksinə görə 37-ci yerdə olan Azərbaycanda şəffaf və əlverişli biznes mühiti təkcə 2016-cı ildə ölkə iqtisadiyyatına 11 milyard 700 milyon dollar sərmayə qoyuluşuna imkan verib. Bütün bu amillər, eləcə də aqrar və inşaat sektorlarının inkişafına, sahibkarlığın davamlı dəstəklənməsinə, sənaye parklarının və zonalarının yaradılmasına yönələn proqramlar əmək resurslarının məşğulluq imkanlarının artmasını, əmək bazarında sabit vəziyyəti də şərtləndirir. Digər tərəfdən, orta aylıq əmək haqqı ildən-ilə artır və ötən il bu artım 7 faiz təşkil edib”.

Nazir ölkəmizdə insan kapitalının inkişafı, müsbət demoqrafik proseslər, habelə əhalinin, o cümlədən iqtisadi fəal əhalinin artımına uyğun olaraq hazırlanan yeni uzunmüddətli Məşğulluq Strategiyası barədə məlumat verib: “Hazırda Azərbaycanın əmək bazarında digər ölkələrlə yanaşı İran vətəndaşları da əmək fəaliyyəti göstərir və ölkə vətəndaşları kimi, onların da əmək hüquqları dövlət tərəfindən qorunur. Eyni zamanda, gələcəkdə əmək pensiyası və digər sosial hüquqlara malik olmaları üçün onlar sosial sığorta sistemi ilə əhatə olunub və bu məqsədlə fərdi uçot sistemində qeydiyyata alınıblar. Son üç ildə həmin sistemdə qeydiyyatda olan İran vətəndaşlarının sayı təqribən 3 dəfəyə qədər artaraq 1054 nəfərə çatıb”.

Dövlət sosial müdafiə sistemi barədə də səfiri məlumatlandıran S.Müslümov dövlət başçısının sosialyönümlü siyasətinə uyğun olaraq, sosial cəhətdən həssas qrupların dövlət təminatının ildən-ilə gücləndirildiyini bildirib: “Bu gün 1 milyon 312 min nəfərin əmək pensiyası, 506 min nəfərin müxtəlif növ müavinətlərlə, 162 min ailənin 707 min nəfər üzvünün ünvanlı sosial yardımla, 15 min nəfərin sosial xidmətlərlə təmin edildiyi ölkədə sosial təminat sistemi müvafiq əhali kateqoriyaları üçün əlçatanlığı və əhatəliliyi ilə seçilir. Dünya Bankının ekspert qrupu da araşdırmalar nəticəsində bu sistemin respublikada əhalinin yoxsul sayıla biləcək hissəsinin 90,1 faizini əhatə etdiyini və yoxsulluğun azaldılmasında mühüm rol oynadığını bildirib. Digər tərəfdən, inkluziv əmək bazarının inkişafı, aktiv məşğulluq proqramları, xüsusən özünüməşğulluq proqramı vasitəsilə aztəminatlı ailələrin gəlirlərinin artırılmasının və biznes imkanlarına yiyələnmələrinin stimullaşdırılması tədbirləri görülür”

Nazir Azərbaycanda əmək və sosial müdafiə sahələrində avtomatlaşdırılmış idarəetmə və xidmət sistemlərindən (əmək müqavilələrinin elektron qeydiyyatı, ünvanlı dövlət sosial yardımı, əlilliyin qiymətləndirilməsi və avtomatlaşdırılmış pensiya təyinatı sistemləri) bəhs edib: “Əhaliyə şəffaf və müasir şəraitdə xidmətlər göstərməyə imkan verən bu sistemlər hazırda mötəbər beynəlxalq qurumlar tərəfindən də dünyada mütərəqqi təcrübələr kimi qəbul olunur və digər ölkələrdə də təbliği dəstəklənir. Qonşu və dost ölkə olan İranla əməkdaşlıq müstəvisində digər sahələrlə yanaşı, bu sahədə də təcrübə mübadilələrinə həmişə hazırıq”.

Ə.Rəbii Azərbaycan ilə İran arasında dost münasibətlərinin mövcud olduğunu və Azərbaycanda ümumi inkişaf proseslərindən həmişə məmnun olduqlarını qeyd edib. O, iki ölkənin əmək və sosial müdafiə sahələrində də əməkdaşlıq əlaqələrinin inkişafı üçün yaxşı imkanların olduğunu vurğulayıb. Ə.Rəbii xüsusən də müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, kimsəsiz şəxslərin sosial müdafiəsinin təmin edilməsi, sosial xidmət sisteminin təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramları, reabilitasiya və s. sahələrdə təcrübə mübadilələrinin aparılmasının önəmli olduğunu bildirib.

Görüşdə əmək və sosial müdafiə sahəsində əməkdaşlıqın mövcud vəziyyəti və gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
372

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər