Korrupsiyada kim irəli, kim geri? – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Korrupsiyada kim irəli, kim geri? – FOTO

17:07 - 17 / 01 / 2017
Korrupsiyada kim irəli, kim geri? – FOTO

Ötən gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2016-cı il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Qurumun rəhbəri 2016-cı ildə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinə müxtəlif dövlət qurumları ilə bağlı daxil olan müraciətlər barəsində məlumat verib.

Bu siyahıda təhsillə bağlı müraciətlərin olmaması faktını araşdırdıq və ötən il ərzində Təhsil sistemində şəffaflığın təmin olunması üçün hansı tədbirlər həyata keçirildiyini öyrənməyə çalışdıq.

Məlum oldu ki, müəllimlərin işə qəbulu, iş yerlərinin dəyişdirilməsi, diaqnostik qiymətləndirmənin keçirilməsi prosesində  şəffaflıq və obyektivlik xeyli artıb, şikayətlərin sayı isə azalıb. Eləcə də tələbələrin bakalavriat səviyyəsində ali təhsil müəssisələrinə köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə transfer.edu.az, Təhsil Nazirliyinə və tabe qurumlara müraciət edən vətəndaşların vəzifəli şəxslər tərəfindən qəbulunun asanlaşdırılması, qəbula yazılma prosesinin təkmilləşdirilməsi üçün Vahid Qəbul Portalı yaradılıb.

Vətəndaşların rahatlığının təmin olunması, ilk peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində subyektiv amillərin aradan qaldırılması məqsədi ilə ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu “ASAN peşə” layihəsi çərçivəsində həyata keçirilib.

Bununla bağlı tanınmış ictimaiyyət nümayəndələrinin fikirlərini təqdim edirik:

Vasif Mövsümov - Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondunun sədri:

“Bizim fondun araşdırdığı əsas sahələrdən biri də təhsil sahəsidir. Ölkədə təhsil sistemi şəffaf və hesabatlı olarsa, təhsil sistemində problemlərin olmaması cəmiyyətin gələcəyi deməkdir. Açıqlanan hesabatda təhsil məsələlərinə də toxunulub. Amma əvvəlki hesabatlara baxanda azalması, çox müsbət haldır. Bunun da səbəbi son illərdə Təhsil Nazirliyinin apardığı siyasət, təhsildə tam hesabatlılığın olmasıdır.

Müəllim-tələbə arasında təmasın azalması, imtahanların kompüterlə keçirilməsi, bir çox xidmətlərin elektronlaşdırılması, təhsil müəssisələrində İctimai Nəzarət Şuralarının yaradılması və sair amillər var ki, bu prosesə müsbət təsir edir. Biz özümüz imtahan prosesində də iştirak edirik. İctimai nəzarət olan yerdə qeyri-sağlam mühit ola bilməz. Bütün bunlar onu göstərir ki, təhsil sistemimiz düzgün yoldadır. Bu addımlar dayanmamalı, davam etdirilməlidir, Yeri gəlmişkən, bir problemi də əlavə edim. Hesab edirəm ki, biz təhsil sistemini icra orqanlarının nəzarətindən, təzyiqindən tədricən çıxarmalıyıq”.

Əliməmməd Nuriyev - “Konstitusiya Araşdırmalar Fondu”nun prezidenti:

“Təhsil Nazirliyində aparılan islahatlar sözsüz ki, hesabatda da öz müsbət yerini tapdı. Əvvəllər o qədər qanunsuzluqlar var idi ki, əsas yeri Təhsil Nazirliyi tuturdu. Müəllimlərin yerdəyişməsi, tələbələrin imtahanlarda qarşılaşdığı problemləri və sair. Bu gün bu problemlər xeyli dərəcədə aradan qalxıb, yaxşılaşıb. Görülən işləri qiymətləndirmək lazımdır. Bəzi direktorlarla bağlı məlumatlar gəlir. Hesab edirik ki, bunlar da getdikcə tamamilə aradan qaldırılacaq”.

Kamran Əsədov - təhsil eksperti:

“Son üç il ərzində Azərbaycan Respublikası Təhsil Nazirliyi bu sistem üzərində olan mənfi imici müsbətə doğru dəyişə bildi. Əgər son üç ilə qədər Azərbaycan ictimaiyyəti təhsil sistemində vəzifəli şəxslərin öz səlahiyyətlərində sui-istifadə etməklə və ya vəzifə səlahiyyətlərini aşmaqla qanun pozuntuları xəbərlərinə vərdiş etmişdisə, son illərdə bu hala rast gəlmək mümkün deyil. Əvvəlki illərdə daha çox qanun pozuntuları tələbələrin bir ali təhsil müəssisələrindən digərinə köçürülməsi, müəllimlərin işə qəbulu, ali təhsil sənədlərinin verilməsi ilə bağlı idisə, indi bütün bu xidmətlər elektron qaydada həyata keçirilir. Bu əlbəttə ki, təhsilə ciddi şəkildə müsbət təsir göstərir.

2016-cı ilə qədər qeyri-qanuni əsaslarla tələbə köçürülmələri, saxta diplomla müəllim vəzifəsinə qəbul ölkə gündəmində aparıcı məlumat idi. Hətta 2014-cü ildə təhsil naziri Mikayıl Cabbarov orta məktəblərdə üç minə yaxın müəllimin saxta diplomla işlədiyini bildirmişdi. Bunu aradan qaldırılmaq üçün 2014-cü ildən müəllimin diaqnostik qiymətləndirilməsi imtahanları keçirilməyə başlandı. Bu zaman imtahanda iştirak edən müəllimlərin sənədlərinin yenidən yoxlanması imkanı yarandı ki, sənədləri düzgün olmayan şəxslər təhsildən uzaqlaşdırıldı.

Bu gün vətəndaşlara istər qaynar xətt vasitəsi ilə, istər vətəndaşların qəbulu şöbəsi, istərsə də elektron xidmətlər göstərməsinin sayı baxımından Təhsil Nazirliyi dövlət orqanları arasında ilk yerlərdə durur. Müəllimlərin işə qəbulu, direktorların işə qəbulu, birinci siniflərə şagird qəbulu və yerləşdirilməsi, xarici ölkələrdə təhsili alan azərbaycanlı tələbələrin təhsil sənədlərinin tanınması üçün vahid elektron xidmətlərin təşkili bu sahədə məmur özbaşınalığını, məmur təsirini aradan qaldırılması istiqamətində mühüm rol oynayır. Lakin təəssüflər olsun ki, Təhsil Nazirliyinin Bakıda həyata keçirdiyi bu uğurlu, müsbət işləri regionlarımızda fəaliyyət göstərən bəzi təhsil şöbələri, direktorlar layiqincə davam etdirmirlər”.

1news.az

Paylaş:
667

Son xəbərlər

Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41
Bütün xəbərlər