Bayıl-20-ci yaşayış sahəsində köhnə binaların yerində yeniləri tikiləcək – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayıl-20-ci yaşayış sahəsində köhnə binaların yerində yeniləri tikiləcək – FOTO

14:12 - 17 / 01 / 2017
Bayıl-20-ci yaşayış sahəsində köhnə binaların yerində yeniləri tikiləcək – FOTO

Səbail rayonu Bayıl-20-ci yaşayış sahəsini əhatə edən Səbail RİH başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib.

1news.az-ın məlumatına görə, bu ərazidə yerləşən idarə və təşkilatların, təhsil, səhiyyə və digər müəssisələrin, təsərrüfat xidmətlərinin, yerli bələdiyyənin nümayəndələrinin və sakinlərin iştirakı ilə keçirilən toplantıda 2015-cü il ərzində bu ərazidə həyata keçirilən işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müzakirə olunaraq növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.

Hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi  Rüfər Əhmədzadə  bildirib ki, 51.000 nəfər əhali yaşayan və 6510 nəfər məcburi köçkün məskunlaşmış ərazidə ötən il  Ali neft məktəbi üçün yeni idman və yataqxana kompleksləri istifadəyə verilib, ha­zır­da ərazidə  Səbail rayon Prokurorluğunun yeni inzibati binasının, Yeni Salyan yolu küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün  yeni binanın tikintisi davam edir.

Ötən il sakinlərin RİH-nə müraciətləri nəzərə alınaraq Bayıl yaşayış sahəsindəki Aydın Məmmədov küçəsi 74 ünvanında yerləşən məhəllə əsaslı təmir olunaraq sakinlər üçün burada hər cür şərait yaradılıb.

Bayıl-20-ci yaşayış sahəsində tam yenidənqurmaya ehtiyacı olan binalarının sökülüb yerində müasir binaların tikintisi ilə bağlı 6 müasir layihə işlənib təsdiq olunub və artıq Neftçi Qurban 27 ünvanında işlərə başlanılıb.

İlin sonunda RİH tərəfindən  157 saylı uşaq bağçasının sökülərək müasir layihə əsasında  yeni uşaq bağçasının inşasına başlanıb, Arif İsmayılov küçəsinə 1000 kv.metr, 6-cı mədən ərazisinə 300 kv.metr sahə təmir olunaraq bura asfalt vurulub, sakinlərin müraciətləri asasında 20-ci sahədəki nəqliyyat problemi həllini tapıb.

Hesabat və çıxışlardan sonra sakinlərinin müraciətləri, istək və təklifləri dinlənilib. Ərazinin gələcək inkişafı, yolların asfaltlaşdırılması və küçələrin işıqlandırılması, qanunsuz tikintələrə qarşı mübarizə, su və kanalizasiya şəbəkəsinin yenidən qurulması, ərazinin sanitar təmizliyi, nəqliyyat və 20-ci sahənin qaz təchizatında yaranmış problemlər barədə müraciətlər dinlənilmiş, sakinləri narahat edən suallar cavablandırılıb, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev 2016-cı ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verərək qeyd edib ki, ölkə başçısının tapşırıqlarına əsasən  Səbail rayonunda bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcək.

Bidirilib ki, RİH tərəfindən rayonun  yaşayış məntəqələrində  məhəllələr abadlaşdırılacaq, qəsəbədaxili yolların təmiri, su və kanalizasiya sistemləri yenidən qurulması, qəsəbədaxili küçələrin asfaltlaşdırılması və işaqlandırılması ilə bağlı tədbirlər görüləcək.

Yığıncaqlarda mövcud problemlərdən danışılıb, sakinləri maraqlandıran suallar cavablandırılıb, bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

1news.az

 

Paylaş:
523

Son xəbərlər

Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06“Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək”Bu gün, 14:03Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib - FƏRMANBu gün, 14:02Prezident Dövlət Reklam Agentliyinə yeni sədr təyin etdiBu gün, 13:56Aydın İbadov Dövlət Reklam Agentliyinin sədri vəzifəsindən azad edilibBu gün, 13:55İlham Əliyev: Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti varBu gün, 13:5339 nəfər buraxılış imtahanında 300 bal toplayıbBu gün, 13:39Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub, çıxış edib - FOTO - YENİLƏNİBBu gün, 13:36Buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 13:19Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:5327 dərəcəyədək isti olacaq - Sabahın havasıBu gün, 12:45Milli İnsan Resursları Forumunun proqramı bəlli oldu!Bu gün, 12:41Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıbBu gün, 12:30Paytaxtın abad məhəllələrində mini futbol yarışlarına start verilibBu gün, 12:18Azərbaycan və Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıbBu gün, 11:44Hesabatlılıqdan yayınan provayderlər cərimələnibBu gün, 11:31Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcəkBu gün, 11:19Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıbBu gün, 11:08
Bütün xəbərlər