BANM-in Prezident təqaüdçüsü: Universitet seçərkən o qədər də çox düşünmədim | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-in Prezident təqaüdçüsü: Universitet seçərkən o qədər də çox düşünmədim

12:06 - 16 / 01 / 2017
BANM-in Prezident təqaüdçüsü: Universitet seçərkən o qədər də çox düşünmədim

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “BANM-in prezident təqaüdçülərinə 10 sual” layihəsinin budəfəki qonağı BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının I kurs tələbəsi Ramil Hüseynov olub.

Zəhmət olmasa, özünüz haqqında ətraflı məlumat verin

- Mən, Hüseynov Ramil Ceyhun oğlu 2000-ci ildə Rusiya Federasiyasinın Radujniy şəhərində anadan olmuşam. Ucar şəhər 2 nömrəli məktəbdə orta təhsil almışam. Qeyd edim ki, 7-ci sinfə qədər rus bölməsində, 7- ci sinifdən sonra isə, Azərbaycan bölməsində oxumuşam. Orta məktəbi bitirib ali məktəblərə keçirilən qəbul imtahanından müvəffəqiyyətlə keçərək BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil oldum, Prezident təqaüdünə layiq görüldüm, hazırda I kurs tələbəsiyəm.

İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?

- Həmin vaxtlar, düzü, yorğun bir dövr idi. Qarşıya məqsəd qoyub bütün fikrimi oxumağa yönəltmişdim. Bir qədər də gərgin dövr kimi yaddaşımda qalıb.

Nə qədər bal topladınız?

- Qəbul imtahanında 695 bal toplamışam.

Niyə məhz BANM-ı seçdiniz?

- Əslində mən ali təhsil almaq üçün universitet seçərkən o qədər də çox düşünmədim, necə deyərlər, seçici olmadım. Dəqiq elmlərə və texnologiya sahəsinə uşaqlıqdan marağım var idi. Elə axtararkən də həmin ixtisaslar arasında ən yüksək keçid balı olan BANM-i seçdim, amma hətta çox düşünsəydim də, seçimim haqqında çox fikirləşsəydim belə, yenə BANM-i seçərdim.

Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?

- Əlbəttə ki, ailəmin, xüsusilə nənəm və anamın böyük rolu oldu. Mən bütün fikrimi hazırlaşmağa yönəltmişdim, demək olar ki, dərs oxumaqdan başqa heç bir işlə məşğul olmurdum.

Ən böyük arzunuz nədir?

- Mənim uşaqlıqdan ən böyük arzum ssenarist olmaq idi. Bu arzu hələ də bu günədək mənim ürəyimdə, fikrimdə qalıb.

İxtisasınız haqqında nə demək istərdiniz?

- Onu deyə bilərəm ki, bu ixtisas daha çox məntiq və yaradıcılıq tələb edir. Fikrimcə, artıq gələcəkdə bir çox peşə sahiblərinin robotlarla əvəz olunduğunu nəzərə alsaq, bizim sahəmiz insan əməyi tərəfindən edilən tək-tük işlərdən biri olacaq.

Hobbiniz nədir?

- Musiqiyə qulaq asmağı xoşlayıram, sosial şəbəkələrə marağım böyükdür. Facebook və Youtube-da izlədiyim kanalların videolarına baxmağı sevirəm.

Başqa hansı maraqlarınız var?

- Psixologiya, iqtisadiyyat və həvəskar səviyyədə fitness oyunu maraq dairəmə aiddir.

Hansı janrda kitabları oxuyursunuz?

- Demək olar ki, dərsliklərdən başqa kitab oxumuram.

1news.az

Paylaş:
464

Son xəbərlər

FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29
Bütün xəbərlər