İtkin düşən neftçilərdən birinin meyiti tapılıb – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

İtkin düşən neftçilərdən birinin meyiti tapılıb – YENİLƏNİB

15:46 - 15 / 12 / 2016
İtkin düşən neftçilərdən birinin meyiti tapılıb – YENİLƏNİB

Bu gün səhər saatlarında Xəzər dənizində “Azneft” İB-nin N. Nərimanov adına NQÇİ-də baş vermiş bədbəxt hadisə nəticəsində itkin düşən 10 neftçinin axtarışları davam edir.

1news.az-ın məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov hadisə ilə bağlı yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib. Baş mühəndis itkin düşən neftçilərdən birinin meyitinin tapıldığını da diqqətə çatdırıb.

“Saat 15:00-a olan məlumata görə, itkin düşən neftçilərdən birinin, Ələt qəsəbəsinin sakini İlham Qafarovun meyiti tapılıb. Onun meyiti gəminin göyərtəsindədir. İtkin düşən digər neftçilərin tapılması üçün axtarışlar davam etdirilir. Hava şəraitinin əlverişsiz olması axtarış tədbirlərini çətinləşdirir”- deyə, B.Ağarəhimov bildirib.

1news.az

14:28

Bu gün səhər saatlarında Xəzər dənizində “Azneft” İB-nin N. Nərimanov adına NQÇİ-də baş vermiş bədbəxt hadisədə itkin düşən neftçilərin axtarışı davam etdirilir.

1news.az-ın məlumatına görə, Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən dərhal bütün müvafiq təşkilatlar məlumatlandırılaraq, mümkün axtarış və xilasetmə əməliyyatları nəzərə alınmaqla yaxınlıqda olan gəmilər- “Gültəkin Əsgərova”, “Vadim Seyidov”, “Vixr-5” ilk öncə hadisə yerinə yönəldilib. İkinci mərhələdə isə “Caspian Provider”, “ Caspian Pride” və “Lənkəran” gəmiləri qəzanın fəsadlarının aradan qaldırılması məqsədilə hadisə yerinə cəlb edilib.

Hal-hazırda qəzanın nəticələrinin aradan qaldırılması və suya düşməsi ehtimal olunan şəxslərin axtarışı prosesi Milli Mərkəzi tərəfindən koordinasiya edilərək daim nəzarətdə saxlanılmaqdadır.

Bundan başqa axtarış işinə Fövqəladə Hallar Nazirliyinin “Vixr-5” və “Vixr-8” gəmiləri, nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Svetlomor-2” gəmisi, həmçinin, çətin hava şəraitinə baxmayaraq FHN-in Aviasiya dəstəsinin bir helikopteri cəlb olunub.

12:31

Bu gün səhər saatlarında Xəzər dənizində “Azneft” İB-nin N. Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar Azneft İB-də qərargah yaradılıb.

Neftçilər Prospekti 73 ünvanında fəaliyyət göstərən qərargahın əlaqə telefonlarını təqdim edirik: 

+994 12 521 11 44 

+994 12 521 12 82 

+994 50 841 10 62 

+994 50 841 12 09 

Qeyd edək ki, hadisə ilə əlaqədar bu gün saat 15:00-da qərargahda jurnalistlər üçün açıqlama veriləcək.

10:34

Bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

1news.az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:

1. Zülfüqarov Güloglan - maşinist

2. Zülfüqarov Azay - operator

3. Qurbanov Vidadi - operator

4. Həsənov Elçin - mexanik

5. Hacıəliyev Həsənağa - operator

6. Qafarov İlham - operator

7. Əsədov Samir - operator

8. Bəhrəmov Cavid - operator

9. Abbasov Ramiz - maşinist

10. Rüstəmov Qorxmaz - operator

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir.

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

1news.az

 

Paylaş:
1839

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər