Kommunal xidmətlərə nə qədər ödəyəcəyik? – İZAH | 1news.az | Xəbərlər
Cəmiyyət

Kommunal xidmətlərə nə qədər ödəyəcəyik? – İZAH

11:40 - 29 / 11 / 2016
Kommunal xidmətlərə nə qədər ödəyəcəyik? – İZAH

Məlum olduğu kimi dünən axşam Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.

1news.az xəbər verir ki, qərara əsasən əhalinin müəyyən təbəqələrinə uyğun olaraq qiymətlər təyin edilib.

Qərar elan ediləndən sonra insanlar arasında çaşqınlıq yaradan şeyin onların bundan sonra nə qədər ödəniş edəcəyi ilə bağlı olub. Çünki bir çoxları qərarı oxuduqdan sonra heç nə başa düşmədiklərini və nə qədər ödəniş etməli olduqlarını bilmədiklərini deyiblər.

Buna görə də qərarı iqtisadçı-ekspert Oqtay Haqverdiyevlə birlikdə izah etməyi məqsədəuyğun bildik.

Ekspert deyir ki, bu qərar ümumilikdə baxdıqda ədalətlidir. Onun sözlərinə görə, qərarın əhali təbəqəsinə aidiyyatı ciddi dərəcədə yoxdur:

“Yəni, əhali bundan sonra qənaət rejimində təbbi qaz və elektrik enerjisini istifadə etsə, ödənişləri əvvəlki qiymətlərlə ödəyəcək. Amma köhnə qiymət üçün müəyyən hədd qoyulub ki, o həddə qədər istifadə ediləndə qiymətlər dəyişməyəcək. Hesab edirəm ki, bu ədalətli qərardır. Az qazanan və qənatcil ailələr az ödəyəcək, çox gəlirli və çox istifadə edənlər də çox ödəyəcək”.

Qərarda deyilir:

“Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq”.

İzah:

1500 kubmetr = 150 manat

Yəni, bundan sonra illik 150 manata qədər təbii qaz istifadə edən əhali təbəqəsi yenə də əvvəlki qayda ilə - 1 kubmetr üçün 10 qəpik ödəyəcək. Əgər 1500 kubmetri keçərsə, həmin rəqəmdən sonrakı hər kubmetr üçün 20 qəpik ödəyəcək.

1500 kubmetr * 0,10 manat = 150 manat

150 manat / 12 ay = 12,50 manat

Bir ay üçün norma = 125 kubmetr

Yəni, bir ay üçün norma 12 manat 50 qəpikdir. Aylıq 12,50 manat normasını keçməyənlər bir il üçün ayrılan 150 manat limitini də keçməyəcək və yeni qərarın ona aidiyyatı olmayacaq. Amma ola bilər ki, bir ailə bu limiti 9 ayda keçsin. Onda digər 3 ayı 0,20 manatdan ödəməli olacaq.

Məsələn, bir ailə limiti 9 ayda bitirdi, 10-cu ayda 180 kubmetr istifadə etdi. Nə qədər ödəyəcək?

180 kubmetr * 0,20 manat = 36 manat

Elektrik enerjisi ilə bağlı qərarda isə belə deyilir:

“Aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib”.

İzah:

250 kilovat-saat = 17,50 manat

Yəni bundan sonra 250 kilovat-saat həddini keçməyən əahli qrupu üzrə istifadəçilər, bundan sonra da 1 kilovat-saat üçün 7 qəpik ödəməyə davam edəcəklər. Amma bu həddi keçənlər hər kilovat-saat üçün 11 qəpik ödəyəcək.

Məsələn, bir ailə 340 kilovat saat elektrik enerjisi istifadə edib. Nə qədər ödəyəcək?

250 kilovat-saat x 0,07 manat = 17,50 manat

340 kilovat-saat – 250 kilovat-saat = 90 kilovat-saat

90 kilovat-saat * 0,11 manat = 9,90 manat

17,50 manat + 9, 90 manat = 25,40 manat

Fərid Ədalət

Paylaş:
19728

Son xəbərlər

Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidir02 / 05 / 2024, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAM02 / 05 / 2024, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi02 / 05 / 2024, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcək02 / 05 / 2024, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır02 / 05 / 2024, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib02 / 05 / 2024, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olub02 / 05 / 2024, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildi02 / 05 / 2024, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİB02 / 05 / 2024, 17:10Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıb02 / 05 / 2024, 17:03Azərbaycanda parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verilib02 / 05 / 2024, 16:45Məzahir Pənahov parlament seçkilərinin seçiləcəyi vaxtla bağlı açıqlama verdi02 / 05 / 2024, 16:36İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb02 / 05 / 2024, 16:17İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM02 / 05 / 2024, 16:07Ağcəbədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb02 / 05 / 2024, 15:43“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq02 / 05 / 2024, 15:24Prezident: Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub02 / 05 / 2024, 15:17Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib02 / 05 / 2024, 15:15Qanunsuz balıq ovu edənlər saxlanılıb02 / 05 / 2024, 15:08Bazar günü 12 min şagird imtahan verəcək02 / 05 / 2024, 14:59
Bütün xəbərlər